Mbappe "Real"da bu qədər qazanacaq

16.05.2022 19:35 672
Dünya futbolu
PSJ-nin futbolçusu Kilian Mbappe "Real"a keçəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə italyan jurnalist Canluka Di Marsio məlumat yayıb. O bildirib ki, tərəflər 5 illik müqavilə ilə bağlı şifahi razılığa gəliblər.

Mbappenin Madrid klubunda məvacibi vergilər daxil olmaqla 50 milyon avro təşkil edəcək. Futbolçuya 100 milyon avro imza pulu ödənəcək.