• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sən niyə beləsən, azərbaycanlı futbolçu?! - KÖŞƏ

Manşet / Yazarlar

11-01-2023, 15:0

Braziliyalı Kadi Borges 2022-nin son günlərində “Qarabağ”ı “Krasnodar”a dəyişdi, həm ağdamlılara yetərincə çoxlu pul qazandırdı, həm də 2016-19 aralığında yetişməsində böyük pay sahibi olan “Koritiba”ya.

Əlbəttə, 4,8 milyon avrodan Braziliya klubuna çatacaq 200 min avro elə də böyük məbləğ deyil. Amma bu bir vəfa borcudu, ehtiram nümunəsidi, əməyə verilən qiymətdi, odu ki, məbləğ yox, dəyər önəmlidi. Kadinin Kadi olmasında əməyi keçən “Koritiba” personalı indi o kiçik məbləğə görə futbolçunun yeddi arxa dönəninə rəhmət oxuyur.

Azərbaycanlı Mahir Emreli 2021-də “Qarabağ”ı “Legiya”ya dəyişdi, nə ağdamlılara pul qazandırdı, nə də onun yetişməsində müstəsna rolu olan, fəqət artıq tarixə qovuşan “Bakı”ya. Çox güman, “zolaqlılar” yaşasaydı da, Mahir belə sövdələşməyə, yəni keçmiş klubuna pul qazandırmaq variantına bir o qədər isti yanaşmayacaqdı. “Qarabağ”a nəsə qazandırdı ki?! Özü bilər, Allahı bilər. Mənim bildiyim isə odu ki, “Legiya”dan ayrılandan sonra yollandığı Zaqreb “Dinamo”sunda da ümidləri doğrultmadı və dolayısıyla qarşıdakı seçmə mərhələ üçün də ondan qəhrəmanlıq gözləməyə dəyməz.

Təbii ki, mən də yadların yox, öz futbolçularımızın uğur qazanmasını istəyirəm. Hətta pafos və ura-vətənpərvərlik dalğasında batıb, “10 Kadi 1 Mahirin dırnağına da dəyməz” kimi avam adamlara xoş gələ biləcək şüarlar da düşünərəm. Ancaq bunun bir mənası varmı? Daha doğrusu, sualı belə qoymaq istəyirəm: böyük futbola qədəm qoyan, ancaq böyüklüyün əlamətini yalnız çox pul qazanmaqda görən azərbaycanlı futbolçuları yerindən tərpədəsi, şöhrət dalınca uzaq sahillərə atası maqnit varmı? Nümunə üçün çox uzağa getmək lazım deyil. “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov bu və ya başqa səbəbdən üç futbolçu – Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadə ilə işləmək istəmir. Mövqeyini klub rəhbərliyinə də çatdırıb, futbolun bütün yazılan və yazılmayan qanunlarına görə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, klubda yüksək vəzifə tutan Mehman Allahverdiyev adı çəkilən futbolçuların göndərilməsinə çalışmalıdı. Ancaq Nadiri ilə Allahverdiyev barışdırıcılıq-ağsaqqallıq missiyalarının uğurlu nəticələnəcəyinə, yanan körpüləri bərpa edəcəklərinə inanırlar. Baxmayaraq ki, bu artıq nonsensdi. “Kəpəz”in baş məşqçisinin görmək istəmədiyi adam elə həmin “Kəpəz”in formasında, ancaq aşağı dəstədə müntəzəm meydana çıxır və 11 qol da vurub. Nadiri və Allahverdiyev belə duruma şərait yaratmaqla Əhmədovun xarizmasını (bu başqa məsələ ki, baş məşqçinin xarizması varmı?) ayaq altına atır. Rauf da bu məsələni ağrısız-mübahisəsiz həll etmək əvəzinə ən primitiv yol seçib: müqavilə müddətinin sonuna qədər qalacam və pulumu alacam! Şəxsən mən onun yerində olsaydım, Tərlan Əhmədova və başqalarına gücümü göstərmək üçün daha az maaşla başqa kluba keçər, özümü bir daha sübut edər, gəncəlilərin qapısına qol vurandan sonra baş məşqçini də qıcıqlandırırdım. Bilirsizmi, bu hərəkətin adı necə olardı: ÖZÜNƏHÖRMƏT! Çox təəssüf ki, Azərbaycan futbolunda və futbolçusunda bu hiss yoxdu. Aşağı-yuxarı hər biri eyni xarakterdədi, eyni mentallığa və düşüncəyə sahibdi. Cılız merkantil maraq, necə olur-olsun, pul qazanmaq istəyi bizimkilərin gözünü necə örtürsə, bir də onda ayılırlar ki, karyera başa çatır, titul kolleksiyasında da iki çempionluq medalı, iki də kubok var. Hə, bir də maşınlar və evlər, əyləncələr və s. Əlbəttə, azərbaycanlı futbolçu bu ölkəyə göydən düşməyib. Onu yetişdirən baxça, məktəb, ailə, mühit, komanda var. Belə kollektivlərin hər birində onu pula həvəsləndirən nəsə götürüb, böyüyüb, boya-başa çatıb və axırda olub Mahir Emreli, Rauf Əliyev, Əfran İsmayılov, ya da “Səbail”də Şahin Diniyevin planlarına daxil olmayan, ancaq “müqavilə üzrə mənə çatacaq 130 min manatı verməsəz, heç yerə gedən deyiləm” deyən Tural Bayramlı. Və bu adam-futbolçu cari mövsümdə meydanda olduğu 3 oyunda 63 dəqiqə meydanda olub, 2 dəfə “qırmızı” vərəqə görüb.

Pul obyektiv reallıqdı, hər birimiz həyatda yaxşı dolanmağa, ailə-uşağa gün ağlamağa çalışırıq. Ancaq o həyatdakı bütün başqa dəyərlərdən və keyfiyyətlərdən yuxarıda dayananda ikrah doğurur, adamın mənəvi-əxlaqi keyfiyyətlərinin hansı səviyyədə olduğunu göstərən indikator rolunu oynayır. Çox təəssüf ki, Azərbaycanın futbol ailəsində mütləq əksəriyyət üçün belədi. Və çox təəssüf ki, bizim yaxın-uzaq gələcəkdə nə Messimiz olacaq, nə də Ronaldomuz. Sən niyə beləsən, azərbaycanlı futbolçu?!

MAHİR RÜSTƏMLİ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

1-01-2023, 11:0

"Qarabağ" satmadı, "Krasnodar" israr edərək aldı

Premyer-liqa / Manşet

27-12-2022, 12:0

"Qarabağ" Kadini satmır

Premyer-liqa / Manşet

5-01-2023, 13:0

“Qarabağ” Kadinin müqaviləsinə niyə “5 milyon avroya azad agent olacaq” bəndini salıb?

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə