• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kadisiz “Qarabağ” zəifləyəcəkmi? - KÖŞƏ

Manşet / Yazarlar

9-01-2023, 17:0

Hələ yeni il ərəfəsində “Qarabağ”ın futbolçusu Kadi Borgesin “Krasnodar”a keçəcəyi ilə bağlı söz-söhbət yayılmağa başladı.

Heç şübhəsiz, komandanın aparıcı üzvlərindən birinin itirilməsi sadiq azarkeşlərin kefinə soğan doğramalıydı. Mən həmin azarkeşlərin hisslərini gözəl başa düşürəm. Azarkeş daim komandasının güclü olmasını istəyir. Çünki sevimli komandasından qələbələr, uğurlar gözləyir. Bu mənada “Qarabağ”ın uğurlarında böyük pay sahibi olan Kadinin gedişi onları sevindirə bilməzdi. Braziliyalı yarımmüdafiəçi təkcə “Qarabağ”ın yox, ümumilikdə Azərbaycan premyer-liqasının bəzəyinə çevrilməyi bacarmışdı. Dəfələrlə çətin məqamlarda səhnəyə çıxıb, vurduğu gözəl qollar, verdiyi ağıllı ötürmələr ilə futbolsevərlərin könlünü fəth etməyi bacarıb. Az əvvəl qeyd etdiyim kimi, ona rəğbət bəsləyənlərin sırası “Qarabağ” azarkeşləri ilə məhdudlaşmır, ölkə çempionatında rəqib olan komandalara könül verənlər də qəlbinin dərinliyində Kadini sevir, onun meydanda yaratdığı möcüzələri heyranlıqla izləyirdi.

Mən Kadinin oynadığı futbolun estetik tərəfini bir kənara qoyuram. Heç kimə sirr deyil ki, ölkədə futbolla maraqlananların mütləq əksəriyyəti avrokubok görüşlərində “Qarabağ”ın azarkeşinə çevrilir, bu komandanın uğuruna sevinir, ağdamlıların oyunlarını daha yaxından izləyir. Kadi Borges də avrokuboklarda özünü yetərincə göstərməyi bacarıb. Onu azərbaycanlı futbolsevərlərə sevdirən əsas nüanslardan biri də məhz budu. Elə bu məqamı nəzər alaraq əminliklə deyirəm ki, onun gedişi təkcə “köhlən atlar”ın sadiq azarkeşlərini üzmür, bütünlükdə böyük bir azarkeş kütləsi bu ayrılığa təəssüflənir. Bəli, mən bu sətirləri qələmə alana qədər Rusiya klubu rəsmi açıqlama verməyib və Kadinin keçidi “Krasnodar” tərəfindən elan edilməyib. Amma bizim etibarlı mənbəmiz “Qarabağ”dı. Bizimkilər artıq prosesin yekunlaşması barədə rəsmi məlumat yayıb. Deməli, “Krasnodar”la müqavilənin bağlanması da zaman məsələsidi. Azarkeşlər, eləcə də Qurban Qurbanov bu gedişlə barışmalı, Kadisiz “Qarabağ”ı görməyə hazır olmalıdı.

Zaman bütün yaraları sağaldır, ayrılıqlar unudulur. Şablon bir deyimdə deyildiyi kimi, nə əvəzedilməz insan var, nə də yeri doldurulmayacaq futbolçu. Qurban Qurbanov da illərini futbola, xüsusən də “Qarabağ”a verən bir mütəxəssis kimi bu reallıqların fərqindədi. Özü də yaxşı başa düşür ki, Kadinin gedişiylə onun əlinin altındakı heyətdən önəmli bir fiqur, az qala “sehirli çubuq” dəyərində futbolçu əskiləcək. Amma dünyanın sonu deyil. Ən azı ona görə ki, işin maliyyə tərəfi bu ayrılığı qaçılmaz edirdi. Azərbaycan premyer-liqasından heç də hər gün 5 milyon avroya futbolçu satmaq mümkün olmur. Bir futbolçunun gedişiylə “Qarabağ”ın büdcəsi məhz bu qədər zənginləşəcək. Azərbaycan standartları üçün yetərincə böyük məbləğdi. Unutmaq lazım deyil ki, Kadi məhz “Qarabağ”da səviyyəsini artırdı, bu boyda paraya dəyəcək futbolçuya çevrildi. Hesab edək ki, həmin o 5 milyon avro da Kadinin “Qarabağ”a təşəkkürü, Qurban Qurbanova “sağ ol”udu.

Azərbaycan premyer-liqasında ilk iki dövrə başa çatıb. “Qarabağ” keçirdiyi 18 oyunun heç birində məğlub olmayıb. Əsas rəqiblərlə oyunlarda da “köhlən atlar” öz səviyyəsini ortaya qoyub, çempionluğa ən real və ciddi namizəd olduğunu isbatlayıb. “Neftçi”ylə “Sabah”ın cızdığı qeyri-sabit qrafik də onu deməyə əsas verir ki, onlar “Qarabağ”ı büdrədəcək, növbəti çempionluğunu əngəlləməyi bacaracaq gücdə deyil. Hazırda “Qarabağ” “Sabah”ı 7, “Neftçi”ni isə 12 xal qabaqlayır. Yetərincə ciddi fərqdi və hazırkı səviyyə fərqi ondan xəbər verir ki, bu uçurum qışdan sonra daha da dərinləşəcək. Deməli, “Qarabağ” Kadisiz də liderliyini davam etdirmək, mövsümün sonunda Azərbaycan çempionluğunu bayram etmək əzmindədi. O ki qaldı avrokuboklara... Bu acı həqiqəti söyləmək nə qədər çətin olsa da, onu qəbul etməliyik. Hazırkı şəraitdə bir Azərbaycan təmsilçisinin avrokuboklarda gedəcəyi yol elə qrup mərhələsi səddini aşmaqdı. Acı təcrübə onu sübut edir ki, bəzən güclü olmaq belə “qara qüvvələr”i yenmək üçün yetərli olmur. “Qarabağ”a UEFA-nın əliylə atılan badalaqları unutmamışıq. İstər “İnter”lə Bakıdakı oyun olsun, istərsə də “Bazel”lə səfərdəki qarşılaşma. Deməli, aşağı-yuxarı “Qarabağ” bu mövsüm avrokuboklarda da üzərinə düşəni edib, hədəflərinə çatıb.

Könül istərdi ki, komanda Konfrans Liqasının yarımfinalına, lap elə finalına qədər getsin. Amma bütün bunlar bizim arzularımız və gerçək olmasını istədiyimiz ehtimallardı. Həyata real baxanda isə təkcə ehtimallara və arzulara görə 5 milyon avroluq təklifin üzərindən xətt çəkməyin doğru olmadığını düşünürsən. Bu məntiq də rəhbərliyin Kadinin satışına razılıq verməklə doğru addım atdığını deməyə əsas verir. Heç şübhəm yoxdu ki, “Qarabağ” bu gedişlə elə də zəifləməyəcək. Elə həmin o 5 milyon avro ilə gerçəkləşdiriləcək transfer və ya transferlər isə komandanın daha da güclənməsinə, yeni hədəflərə doğru irəliləməsinə xidmət edəcək!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-12-2022, 12:0

"Qarabağ" Kadini satmır

Premyer-liqa / Manşet

5-01-2023, 13:0

“Qarabağ” Kadinin müqaviləsinə niyə “5 milyon avroya azad agent olacaq” bəndini salıb?

Premyer-liqa / Yazarlar

29-12-2022, 20:0

Malina mürəbbəsindən ulduza çevrilən Kadi - KÖŞƏ

Premyer-liqa / Manşet

30-12-2022, 18:0

Erkin İbrahimov: “5 milyon avroya ən azı beş Kadi almaq olar”

Premyer-liqa / Manşet

30-12-2022, 20:0

Səbuhi Səfiyarlı: “Ağdam təmsilçisinin həm büdcəsi, həm də nüfuzu artacaq ki, bundan Azərbaycan çempionatı da qazanacaq”

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə