"Qarabağ" Kadini satmır

27.12.2022 12:17 5 380
Premyer-liqa / Manşet
Kadi Borgesin "Qarabağ"dan ayrılmaq ehtimalının olduğunu bilirsiz.

Football-plus.az xəbər verir ki, "Krasnodar" yarımmüdafiəçi ilə yaxından maraqlanır. Yayılan məlumata görə, Ağdam təmsilçisi braziliyalı üçün Rusiya klubundan 5 milyon avro tələb edir. Redaksiyamıza bununla bağlı xəbər daxil olub. Belə ki, Ağdam təmsilçisi Kadi üçün hansısa klubdan 5 milyon avro tələb etmir. Sadəcə, yarımmüdafiəçinin müqaviləsində belə bir bənd yer alıb: "Kadi Borges üçün 5 milyon avro ödənilsə, futbolçu avtomatik azad agent olur".

Qısaca, Ağdam təmsilçisinin rəhbərliyi oyunçunu əldən buraxmaq istəmir. Lakin müqaviləsində belə bir bənd olduğundan Kadinin "Qarabağ"dan ayrılmaq ehtimalı böyükdü.

İLKİN SULTANLI