Lyuis Hemilton DÇ-2022-in 1/4 finalında mübarizəni dayandıran İngiltərə millisinə dəstək olub.
Football-plus.az xəbər verir ki, "formula-1" pilotu Fransa ilə görüşün 84-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilməyən Harri Keyn haqda paylaşım edib:
"Biz səninlə fəxr edirik, qardaş. Federasiya rəhbərliyinə əhsən! Hamınız əla iş görmüsünüz. Ölkəmizi ən yaxşı şəkildə təmsil etdiyiniz üçün təşəkkür edirik.
Övladlarımızı layiqincə salamlayaq, onlara sevgimizi, dəstəyimizi göstərək. Bizi qürurlandırdılar. Qalib gəlmək istəyirdik, amma alınmadı. Ayağa qalxıb yenidən döyüşəcəyik"