Bildiyiniz kimi, İspaniya milli komandasının yeni baş məşqçisi Luis de la Fuente olacaq.
Football-plus.az xəbər verir ki, 61 yaşlı mütəxəssis yığmanı 2024-cü ilə qədər çalışdıracaq. Bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales yerli mediaya açıqlamasında deyib.
Qeyd edək ki, Luis de la Fuente U-19 və U-21 komandaları ilə Avropa çempionu olub. 2020-ci ildə Tokyoda keçirilən Olimpiya Oyunlarında gümüş medalı qazanıb.