Bu il “Formula-1” üzrə dünya çempionatında zəif təsir bağışlayan “Mersedes” pilotu Lüis Hemilton bolidin problemləri ilə bağlı fikirlərini bölüşüb:
“Təəssüf ki, tərəqqiyə nail olmadıq – indi də ilk yarışda olan sürəti nümayiş etdiririk. Odu, vəziyyəti düzəltmək yönündə cəhdləri davam etdirməliyik. Təsssüf ki, ilk beş mərhələdə heç nəyə nail ola bilmədik. Ümid edirəm ki, nə vaxtsa tərəqqiyə nail ola biləcəyik, hələ ki işi davam etdirmək, vəziyyəti qaydasına salmaq lazımdı. Deməzdim ki, Mayamidə hər şey pis oldu. Sadəcə, yetərincə sürətli deyildik”.
Xatırladaq ki, Mayami mərhələsində Hemilton 6-cı, komanda yoldaşı Corc Rassell 5-ci olub.