Dünya çempionatının 1/8 final mərhələsi davam edir.
Football-plus.az xəbər verir ki, Braziliya Cənubi Koreya ilə qarşılaşır. Hazırda cənubi amerikalıların 4:0 hesabı ilə öndə olduğu matçda maraqlı hadisə baş verib. Belə ki, 5 qat dünya çempionlarının qapıçısı Alisson ilk dəfə qapısına zərbə görüb. Qrup mərhələsinin Serbiya və İsveçrə ilə oyunlarında çərçivəyə zərbə almayan qolkiper 17-ci dəqiqədə Hvanq He Çanın vurduğu topu dəf edib.