Fransa və Mərakeş yarımfinalda - YENİLƏNİB

11.12.2022 01:03 1 460
DÇ 2026 / Manşet
Bu gün DÇ-2022-nin 1/4 final mərhələsi başa çatıb.

Football-plus.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Sürpriz nəticələrə imza atan Mərakeş Pottuqaliya ilə qarşılaşıb. Görüş afrikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci matçında isə İngiltərə Fransanı qəbul edib. Qarşılaşma son dünya çempionlarının qələbəsi ilə başa çatıb - 2:1.

DÇ-2022

1/4 final mərhələsi

10 dekabr

19.00. Mərakeş - Portuqaliya 1:0
Qol: En Nesiri, 42 (1:0)
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu


23.00. İngiltərə - Fransa 1:2
Qol: Tçuameni, 17 (0:1). Heyn, 54-p (1:1). Olivye Jiru, 78 (1:2).
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.