Cənubi Amerika zonasının rəmzi komandası açıqlandı

30.03.2022 23:30 561
Dünya futbolu
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin rəmzi komandası açıqlanıb. 

Ən yaxşıların “11-liy”inə Argentina və Braziliyanın hərəyə üç, Kolumbiya və Uruqvayın hərəyə iki, Paraqvay yığmasının isə bir futbolçusu layiq bilinib.

Qapıçı: Alisson Beker (Braziliya, “Liverpul”).
Müdafiəçilər: Frenk Fabra (Kolumbiya, “Boka Xuniors”), Fabian Balbuena (Paraqvay, “Dinamo” Moskva), Tyaqo Silva (Braziliya, “Çelsi”), Ronald Arauxo (Uruqvay, “Barselona”).
Yarımmüdafiəçilər: Luis Dias (Kolumbiya, “Liverpul”), Federiko Valverde (Uruqvay, “Real”), Rodriqo De Paul (Argentina, “Atletiko”), Anxel Di Mariya (Argentina, PSJ).
Hücumçular: Neymar (Braziliya, PSJ), Lionel Messi (Argentina, PSJ).