“Bruklin”in hücumçusu Yuta Vatanabenin zədəsi olduqca ciddidi.
Football-plus.az xəbər verir ki, MRT müayinəsindən sonra yaponiyalının sağ baldırının dartılması təsdiqlənib. İdmançı gələn həftə yenidən testdən keçəcək.
Qeyd edək ki, Yuta noyabrın 20-də “Memfis”lə görüşdə zədələnib. O, 3 xallıq atış faizində (57,1) MBA-da liderdi. Hücumçu bu mövsüm hər oyunda orta hesabla 8,1 xal və 2,9 ribaund yığır.