Horforddan 20 milyon dollarlıq müqavilə

3.12.2022 20:54 274
İdman
“Boston” və Əl Horford müqavilənin müddətini 2024/25 mövsümünün sonuna qədər uzatmaq barədə razılığa gəliblər.

Football-plus.az xəbər verir ki, Dominikan Respublikasından olan idmançı 2 il ərzində 20 milyon dollar qazanacaq.

Yeni müqavilə 2023/24 mövsümündə qüvvəyə minəcək və Horfordun 39 yaşı olanda başa çatacaq.

Qeyd edək ki, mərkəz hücumçusu cari ildə MBA-da orta hesabla 10,9 xal, 6,3 ribaund, 2,8 assist və 0,9 blok yığıb.