Bədavi Hüseynovun zədəsi nə dərəcədə ciddidi? - AÇIQLAMA

31.03.2022 14:47 615
Premyer-liqa / Manşet
Uzun müddətdi yaşıl meydanlardan uzaq qalan Bədavi Hüseynov yenə bəxtsizliklə üzləşdi.

Milli komandanın Malta ilə oyununda zədələnən müdafiəçinin durumunu "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən soruşduq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında ciddi problemin olmadığını dedi:

"Həkimlərin müayinəsindən sonra Bədavidə əzələ dartılması aşkarlandı. Zədə ciddi və əməliyyat olunduğu nahiyədə deyil. Maksimum 2 həftə komandadan kənarda qalacaq. Vəziyyəti düzələrsə, daha tez kollektivə qoşula biləcək".


GÜNAY VƏLİYEVA