MHL-də mövsümə əla başlayan komandalardan biri də “Nyu-Cersi”di.
"Football-plus.az" xəbər verir ki, “Ottava”nı məğlub etməklə ardıcıl 12-ci qələbəsini qazanan “Devilz” Paytaxt divizionunda turnir cədvəlinin zirvəsində qərarlaşıb. Ümumiyyətlə, klub tarixində indiyə qədər 10 və dahar artıq qələbədən ibarət iki seriya olmuşdu. Bunlardan birincisi 2000/01 mövsümünə (13), ikincisi isə 2005/06 mövsümünə (11) təsadüf edib.
“Pittsburq” dünən səfərdə “Çikaqo”nu məğlub etdi və bu oyun qonaqların rusiyalı ulduzu Yevgeni Malkinin karyerasına xüsusi şəkildə yazıldı. İş ondadı ki, qollardan birini vuran Malkin MHL-də oyun sayını 1000-ə çatdırdı.