Millimiz bu gün İspaniya ilə qarşılaşacaq

23.11.2022 10:14 306
İdman
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gəlib. Şəhriyar Məmmədyarovla Qədir Hüseynov qələbə qazanıb. Teymur Rəcəbov məğlub olduğu halda Rauf Məmmədov heç-heçə oynayıb. Yekun hesabda İsrail komandasını 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib.

Azərbaycan millisi bu raundda bu gün İspaniya kollektivi ilə mübarizə aparacaq.

Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.