“Boston” klub rekordunu təkrarladı

12.11.2022 16:45 292
İdman
MHL-də dünən keçirilən oyunlarla bağlı bəzi maraqlı statistik məqamlar var.

Football-plus.az xəbər verir ki, qurumun saytında yer alan xəbərə görə, “Boston” mövsümün startında evdə ən uzun qələbə seriyası ilə bağlı rekordu yeniləyib. “Bryuinz” dünən “Kalqari”ni 3:1 hesabıyla məğlub etməklə 2022/23 mövsümünün startından bəri evdə ardıcıl qələbələrinin sayını 8-ə çatdırdı. Komanda 1983/84 mövsümünə də belə uğurlu bağlamışdı.

Daha iki komanda seriya yaxalayıb – ancaq biri müsbət, o biri mənfi mənada. Evdə “Ottava”nı məğlub edən “Nyu-Cersi” ardıcıl qələbələrinin sayını 8-ə çatdırdı. “Boston”a uduzan “Kalqari”nin ardıcıl məğlubiyyətlərinin sayı isə artıq 7-yə bərabərdi.