• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atsteka” stadionunun yaxınlığında bu epik qarşıdurmaya həsr edilən abidə ucaldılıb!

Manşet / Yazarlar

19-11-2022, 12:0

Qətərdə təşkil ediləcək 22-ci dünya çempionatının startına yalnız bir gün qalır.

Belə məqamda geriyə boylanıb mundiallar tarixinin ən baxımlı oyunlarını xatırlamaq yerinə düşər. Futbolda daha böyük maraq doğuran nəhəng turnirdə indiyədək baş tutan ən dramatik matçları yada salaq.

(əvvəli qəzetimizin ötən sayında)
DÇ-1966. 1/4 final
Portuqaliya – KXDR 5:3

XX əsrin 60-cı illərinin əvvəlində “Benfika” Avropanın ən güclü klubu sayılırdı. Portuqaliya nəhəngi Çempionlar Kubokunda ardıcıl iki dəfə qalib gəlmişdi. Lissabonluların əksər futbolçuları DÇ-1966-nın iştirakçısı olan Portuqaliya yığmasının əsasını formalaşdırırdı. “Benfika”nın əsas ulduzları Mario Koluna ilə əfsanəvi Eysebio idi. Sonuncu İngiltərədə təşkil edilən mundialda 9 qolla ən yaxşı bombardir oldu.

Portuqaliya qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qalib gəldi. Bu mərhələdə 9 qol vuran pireneylilər əvvəlki çempion Braziliyanın mübarizəni qrup mərhələsində dayandırmasında rol oynadılar. Amma onların ən yaddaqalan oyunu Koreya Xalq Demokratik Respublikasının komandasına qarşı oldu. Portuqaliyanın geridönüş etdiyi matç 4 qol vuran Eysebionun benefisi kimi tarixə düşdü.
İtaliyanın 1/4 finala yolunu bağlayan şimali koreyalılar bu mərhələnin Portuqaliya ilə oyununa fırtına kimi başladılar. Zarafat deyildi, “qıyıqgözlər” ilk 25 dəqiqədə güclü rəqibin qapısından 3 top keçirdilər. Amma təcrübəli Portuqaliya yığmasına bu şokdan ayılması üçün ikicə dəqiqə kifayət etdi. Eysebio ilk hissədə iki qolun əvəzini çıxdı. “Benfika”nın bombardiri fasilədən sonra da qapıya iki dəfə yol tapdı. Joze Auquştonun 80-ci dəqiqədə vurduğu qol isə avropalılar üçün hazırlanan tortun üstündəki albalı oldu – 5:3.

DÇ-1982. Yarımfinal
AFR – Fransa 3:3, p. – 5:4

1982-ci ildə İspaniyada keçirilən turnirdə bir-birindən baxımlı oyunların sayı daha çox oldu. Yarımfinalın AFR – Fransa matçını izləməyə dəyərdi. Hər iki komanda turnirin gedişində yaxşı sürət yığmaqla bu mərhələyə gəlib çıxmışdı. Tamaşaçılar Avropa komandalarının görüşündə Mişel Platini, Alen Jiress, Jan Tiqana, Paul Braytner, Uli Ştilike və Pyer Littbarski kimi ulduzların gərgin mübarizəsinin şahidi oldular.

Almanlar Littbarskinin sayəsində hesabı erkən açdılar. Amma Platininin penaltidən vurduğu qol hesaba tarazlıq gətirdi. Məhz bu oyunda mundiallar tarixinin ən ziddiyyətli insidentlərindən biri yaşandı. AFR millisinin qapıçısı Harald Şumaher bilərəkdən Patrik Battistonu vurdu. Fransız müdafiəçi ağır kəllə-beyin xəsarəti aldı, üç dişi yerindən çıxan Patrikin onurğa sütunu da ciddi zədələndi. O, bir müddət huşsuz vəziyyətdə qaldı. Ən qəribəsi o oldu ki, hakim kobud hərəkətinə görə alman qapıçıya sarı vərəqə belə göstərmədi. Bu epizoddan sonra Şumaherə İspaniyadakı mundialın əsas antiqəhrəmanı damğası vuruldu...

Yarımfinal oyunu isə əlavə 30 dəqiqəlik mübarizəyə qədər uzandı. Trezor ilə Jiressin qollarından sonra hamı Fransanın finala çıxdığını düşünürdü. Lakin almanlar mübarizəyə sonradan qoşulan Rummenigge ilə Fişerin sayəsində məğlubiyyətdən qaça bildilər. Penalti seriyası da fransızlar üçün yaxşı başladı: Ştilikenin zərbəsi qolla nəticələnmədi. Ancaq həmin Şumaher iki zərbəyə düzgün reaksiya verməklə komandasını finala çıxardı.

DÇ-1970. 1/4 final
AFR – İngiltərə 3:2

DÇ-1970 də dramatik oyunlar baxımından zəngin oldu. Belə matçlardan biri 1/4 finalın AFR – İngiltərə duelinə təsadüf etdi. Qərbi almaniyalılar bu oyuna 1966-cı ildəki mundialın finalındakı məğlubiyyətin (2:4) əvəzini çıxmaq fürsəti kimi baxırdılar.

İngiltərə millisi həmin dövrdə çox güclü heyətə malik idi. Komandada Bobbi Mur, Bobbi Çarlton, Martin Piters və Ceff Herst kimi ulduzlar vardı. Alan Malleri ilə Pitersin qolları son çempion olan britaniyalılara əhəmiyyətli üstünlük qazandırdı. Amma oyunun axarı tədricən rəqibin xeyrinə dəyişdi. Frants Bekkenbauer 68-ci dəqiqədə fərqi minimuma endirdi. Uve Zeeler başıyla hesaba tarazlıq gətirdi. Herd Müller isə 108-ci dəqiqədə yaxın məsafədən AFR-ə qələbə qazandırdı.

DÇ-1986. 1/4 final
Braziliya – Fransa 1:1, p. – 3:4
Çoxları DÇ-1986-nın 1/4 finalının Braziliya – Fransa oyununu sırf texnikalı futbol baxımından ən baxımlı matçlardan biri sayır. Möhtəşəm Platini, Jiress, Tiqana və Dominik Roşto Fransa yığmasında sonuncu dünya çempionatını keçirirdilər. Braziliyada isə Sokrates, Junior və Ziko kimi əfsanələr son sınaqlarını verirdilər.

Kareka qızmar günəş altında keçən matçın 17-ci dəqiqəsində cənubi amerikalıları hesabda önə keçirdi. “Selesao” bundan sonra fərqi artırmaq üçün bir neçə imkan qazansa da, şanslar boşa verildi. 40-cı dəqiqədə isə Platini cavab qolunu vuraraq rəqibə futbolda ən məşhur deyimlərdən birini xatırlatdı. Tərəflər qalan vaxtda hərəyə bir neçə dəfə yaxşı imkanları qola çevirə bilməməklə yadda qaldılar. Meksikanın Qvadalaxara şəhərindəki stadionun bəzi tribunaları uzun müddət Zikonun adını qışqırmaqla sevimli futbolçunu meydanda görmək istəyini nümayiş etdirdi. Nəhayət, baş məşqçi Tele Santana fanatlar qarşısında “ağ bayraq qaldırdı”. Ziko möhtəşəm illərini xatırladaraq komandası üçün penalti qazandı. Lakin onun zərbəsi qapıçı Joel Batsın müdaxiləsi ilə hədəfə çatmadı. Oyun əlavə vaxtdan sonra penalti seriyasına qədər davam etdi. Kapitanlar Sokrateslə Platini bu seriyada uğursuzluğa düçar oldular. Braziliyalı Julio Sezarın hədəfə düşə bilməməsi isə nəticəni fransızların xeyrinə həll etdi – 4:3.

DÇ-1982. 2-ci qrup mərhələsi
Braziliya – İtaliya 2:3

Əksər mütəxəssislər 1982-ci ilin Braziliya yığmasını mundiallar tarixinin ən güclü komandalarından hesab edirlər. Tele Santananın sərəncamında Leandro, Junior, Sokrates, Falkao, Eder və Ziko kimi yüksək səviyyəli futbolçular var idi. “Selesao” 2-ci qrup mərhələsinin İtaliya ilə oyunundan əvvəl qarşılaşdığı 4 rəqibinin qapısından ümumilikdə 13 top keçirmiş və İspaniyadakı dünya çempionatına qədər futbolla ciddi maraqlanmayanları belə baxımlı və məhsuldar oyunu ilə heyran etmişdi. Təbii ki, braziliyalılar mundialda qələbəyə əsas namizəd sayılırdılar. Onlara növbəti qrup mərhələsini adlamaq üçün İtaliya ilə matçda heç-heçə də kifayət edirdi.

“Skuadra adzurra” isə bu mərhələyə, necə deyərlər, sürünə-sürünə gəlib çatmışdı. 1-ci qrup mərhələsində keçirdiyi hər üç oyunu heç-heçə başa vuran apenninlilər mətbuatın kəskin tənqidlərinə məruz qalmışdılar. Onlar növbəti qrupun ilk oyununda Argentinanı 2:1 hesabıyla məğlub etməklə bir qədər özlərinə gəldilər. Amma əksəriyyət Braziliya ilə matçda İtaliyadan uğur gözləmirdi.

Barselonadakı “Sarna Stedium”dakı qarşılaşma Paolo Rossinin benefisi kimi tarixə düşdü. Mundialdan əvvəlki iki ili həbsxanada keçirən hücumçu braziliyalıların qapısından 3 top keçirdi. Sokrateslə Falkao iki dəfə hesabı bərabərləşdirsələr də, Rossinin əsas vaxtın sonuna 16 dəqiqə qalmış vurduğu növbəti qol İtaliyanı yarımfinala çıxardı. Bu oyunda futbolsevərlərin arzuladığı çox şey vardı: gərgin mübarizə, boşa verilən imkanlar, Bruno Konti ilə Falkaonun dahiyanə oyunu, Zikonun cırılan forması, italiyalıların mübahisə doğuran qolunun sayılmaması, həmçinin 40 yaşlı Dino Zoffun Oskarın baş zərbəsinə verdiyi möhtəşəm reaksiya...

DÇ-1970. Yarımfinal
İtaliya - AFR 4:3

1970-ci ildə Meksikada baş tutan bu oyun futbol tarixinə “əsrin matçı” kimi düşüb. İtaliya və AFR arasındakı duel azarkeşlərin yaddaşında elə bir taxt qurub ki, “Atsteka” stadionunun yaxınlığında bu epik qarşıdurmaya həsr edilən abidə ucaldılıb!

Matçın ilk 90 dəqiqəsi dramatik axarda keçdi. Amma heç də “əsrin matçı” adına namizəd sayıla bilməzdi. İtaliya 8-ci dəqiqədə Roberto Boninsenyanın qolundan sonra təşəbbüsü əldə saxladı, amma tədricən müdafiəyəmeyilli oyuna üstünlük verməyə başladı. Almanlar, necə deyərlər, bağlı qapını döyməyə davam edirdilər. Bekkenbauer zədələnmiş əlindəki ağrıya çətinliklə güc gəlirdi. Nəhayət, bundestimin cəhdləri 90-cı dəqiqədə bəhrə verdi: müdafiəçi Karl-Haynts Şnellingerin qolu mübarizəni əlavə vaxta daşıdı.
Həlledici 30 dəqiqədə meydanda başverənləri heç kim təsəvvürünə gətirə bilməzdi. Komandalar bü müddətdə qapılara ümumilikdə 5 (!) dəfə yol tapdılar. Müller AFR-i hesabda önə keçirdi. Amma Tarçizio Burnyiç ilə Luici Riva almanların planlarını pozdular. Müller 110-cu dəqiqədə yenidən hesabı bərabərləşdirdi. Bir neçə saniyə sonra isə qapıçı Zepp Mayer Canni Riveranın zərbəsinə mane ola bilmədi. İtaliya ağlagəlməz ssenari üzrə reallaşan 4:3 hesablı qələbə ilə finala adladı.

Paylaş:
Digər xəbərlər

DÇ / Yazarlar

18-11-2022, 22:0

Dünya çempionatının ən baxımlı oyunları - YAZI

Dünya futbolu

16-04-2022, 11:0

Portuqaliya futbol tarixinin rəmzi komandası açıqlandı

Dünya futbolu

26-04-2022, 20:0

UEFA Gənclər Liqasında ilk dəfə çempion oldular

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 537
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 201
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə