UEFA Gənclər Liqasında bu mövsümün qalibi müəyyənləşib.
Finalda “Zaltsburq” (Avstriya) və “Benfika”nın (Portuqaliya) U-19 komandaları qarşılaşıb. Nyon şəhərindəki “Kolovray” stadionunda keçirilən oyunda “Benfika” 6:0 hesabı ilə qalib gəlib. Lissabon klubu bu turnirdə ilk dəfə çempion olub. Portuqaliya təmsilçisi 2014, 2017 və 2020-ci illərdə finalda uduzmuşdu.