Lionel Messi PSJ-də məşqləri bərpa edib.
"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu dabanındakı zədədən qurtulduğu üçün ümumi qrupda məşqlərə başlayıb. Liqa 1-in “Loryan”la son oyununu buraxan argentinalı hücumçunun noyabrın 13-də “Oser”lə çempionat matçında oynaması gözlənilir.