Türkiyə çempionatında 14-cü tura dünən keçirilən 2 qarşılaşma ilə start verildi.
"Football-plus.az" xəbər verir ki, hər iki oyunda bərabərlik qeydə alındı. ''Alanyaspor''la ''Adana Dəmirspor''un dueli qolsuz başa çatdısa, ''Trabzonspor'' paytaxtda ''Ankaragücü''nün müqavimətini qıra bilmədi (1:1). Enes Bardi 70-ci dəqiqədə qonaqları hesabda önə keçirsə də, cəmi 4 dəqiqə sonra təcrübəli Tolqa Ciğərci penaltini dəqiq yerinə yetirməklə yekun nəticəni müəyyənləşdirdi. Son çempion xalları sağa-sola paylamaqda davam edir. Abdulla Avcının komandasının son 5 turda cəmi 1 qələbəsi var (4 heç-heçə). ''Trabzonspor''un 13 oyundan sonra aktivində cəmi 23 xal var (6 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət). Bu isə o deməkdi ki, komanda ötən mövsümkü qrafikindən 10 xal geri qalır! Belə ki, 2021/22-də qaradənizlilər 13 oyundan 10 qələbə, 3 bərabərliklə ayrılaraq 33 xal toplaşmışdılar! ''Bordo-mavilililər'' ötən mövsüm ilk məğlubiyyətlə 16-cı turda üzləşmişdilər.