Messi ayağına elə şəkil döymə etdirdi ki...

9.04.2022 14:27 478
Dünya futbolu
Deyəsən, Lionel Messi bu il keçiriləcək dünya çempionatına hərtərəfli hazırlaşır.

O, yeni döyməsi ilə gündəmə gəlib. Bədəninin müxtəlif hissələrinə tatu etdirən PSJ-nin ulduz futbolçusu bu barədə öz “instaqram” səhifəsinin hekayə bölümündə video paylaşıb. Videoda 35 yaşlı argentinalı hücumçunun DÇ-2022-nin rəsmi topu olan “Al Rihla”nı ayağına döymə etdirdiyi görünür.

Tatunun üzərində ispan dilində “Vamos” (biz gedirik) sözü də yazılıb.