• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Puyol: “Sənə tam ədalətsiz münasibət göstərdilər”

Dünya futbolu

6-11-2022, 11:0

Cümə axşamının bütün futbol olayları öz yerində, ancaq Jerar Pikenin mövsümün ortasında karyerasını bitirməklə bağlı qərar verməsi aydın səmada şimşək çaxmasına bənzər effekt doğurdu.

Bu qərarı şərtləndirən səbəblər, 35 yaşlı müdafiəçinin son vaxtlar yaşadıqları, onun gedişini müşayiət edən reaksiyalar ilə aşağıda tanış olacaqsız. Amma əvvəlcə futbolçunun “Barsa” azarkeşlərinə ünvanladığı təsirli videoçarxda səslənən fikirləri eşidək:

“Kules, bu Jerardı. Son bir neçə həftə, ay ərzində çoxları haqqımda danışdı. Bu ana qədər susdum. Ancaq indi sizə özüm haqqında danışan adam olmaq istəyirəm. Çoxlarınız kimi, mən də həmişə “Barselona” azarkeşi olmuşam. Son vaxtlar bu uşaq haqda çox düşündüm. Ona bütün arzularının çin olacağını – “Barselona”nın əsas komandasına düşəcəyini, bütün mümkün titulları qazanacağını, Avropa və dünya çempionu olacağını, tarixin ən yaxşı futbolçuları ilə birgə oynayacağını, kapitanlardan biri olacağını, ömürlük dostlar qazanacağını desəydilər, balaca Jerar nə düşünərdi?! “Barselona”nın oyunçusu olduğum gündən 25 il keçib. Getdim və qayıtdım. Futbol mənə hər şey verdi. “Barsa” mənə hər şey verdi. Siz, kules, mənə hər şey verdiz. Və indi – bütün uşaqlıq arzularım çin olandan sonra sizə demək istəyirəm ki, bu yolda nöqtə qoymağın əsl vaxtıdı. Həmişə deyirdim ki, “Barselona”dan başqa komandada oynamayacam. Belə də olacaq. Şənbə oyunu mənim üçün “Nou Kamp”da sonuncu olacaq. Adi azarkeş olacam, komandanı dəstəkləyəcəm. Kluba sevgimi uşaqlarıma ötürəcəm. Ailəm mənə ötürdüyü kimi. Və siz məni tanıyırsız, gec-tez qayıdacam. “Nou Kamp”da görüşərik. Yaşasın “Barsa”! Əbədi”.


Cari mövsümdə cəmi 5 oyuna çıxan Pike “Barselona”nın akademiyasının yetirməsidi. 1997-2004 aralığında bu komandada olandan sonra “Mançester Yunayted”ə yollandı və 2008-də birdəfəlik Kataloniyaya qayıtdı. Ümumilikdə 35 titul qazanıb, bunların sırasında 9 çempionluq, 4 Çempionlar Liqasının kuboku, dünya və Avropa çempionluğu da var. Pike böyüklər arasında 800-ə yaxın oyun keçirib. 102 oyun keçirdiyi İspaniya yığmasında karyerasını 2018-də bitirib. Amma o da maraqlıdı ki, Luis Enrike Qətər mundialına aparmağı planlaşdırdığı heyətə 35 yaşlı müdafiəçinin də adını salmışdı. “Barsa”da oyun sayına (615) görə klub tarixinin beşincisidi. Bu oyunlarda 53 qol vurub, 15 məhsuldar ötürmə verib, 154 sarı, 10 qırmızı vərəqə ilə cəzalanıb.

Niyə getdi?

Bəribaşdan deyək ki, nə klub prezidenti Xuan Laportanın, nə də rəhbərlikdə təmsil olunan başqalarının məzmununu yuxarıda çatdırdığımız videoçarxdan xəbəri olub. Yəqin şənbə günü – “Almeriya” ilə oyunda Xavi Pikeyə sonunc dəfə şans verəcək və bununla da “Barsa”nın daha bir əfsanəsi klubdan ayrılacaq. İspaniyalı həmkarlarımızın fikrincə, müdafiəçinin qəfil qərarı futbolla bağlı problemlər, eləcə də medianın son həftələrdəki təzyiqi ilə bağlıdı. Futbolçu belə hesab edir ki, həmin tənqidləri haqq etmir. Üstəlik klub prezidenti Laportadan da incikdi, amma bu incikliyi ictimailəşdirmək istəmir.
Ümumiyyətlə, Pike – “Barsa” münasibətləri çoxdan qaydasında deyildi. Klub hələ ötən yay nəhəng maaşı üzündən onunla vidalaşmaq istəyirdi. “Barsa” ilə əvvəlki müqavilənin şərtinə əsasən, o, Avropanın ən yüksək ödənişli müdafiəçisi sayılırdı – ilə 28,4 milyon avro (təmiz 15 milyon). Pike Serxio Ramosu arxada qoymaq üçün klubun sabiq prezidenti Xosep Bartomeu ilə danışıqlarda bu statusu “ələ keçirmişdi”. Xavi ilə münaqişə şəraitində olan müdafiəçi əsas heyətdə yerini itirmişdi. Daim eşitdiyi maaşın azaldılması ilə bağlı xahişlər və əsas heyətdə yerini itirmək Pikenin xoşuna gəlmirdi. Xavi isə müdafiəçinin giley-güzarından bezmişdi. Sentyabrda hətta “Atletiko”nun ona maraq göstərməsi haqda yazanlar var idi.

Üstəlik şəxsi həyatla bağlı problemləri də unutmayaq. Pikenin məşhur müğənni Şakira ilə yaydakı ayrılığı heç də asan olmadı. Hətta “Barsa”nın prezidenti Laporta həmin günlərdə belə demişdi:
“Pike əzab çəkir. O, azarkeşlərin dəstəyini və sevgisini haqq edir. Onu hisslərdən məhrum, yüngülağıl adam kimi göstərməyə çalışan xəbərlərə qulaq asmayın”.


Beləliklə, Pike gedir və klubun ona verməli olduğu 52 milyon avrodan da imtina edir... Kataloniyalılar ÇL-də mübarizəni dayandırdığına görə üzləşdiyi maliyyə itkisini (40 milyon avro həcmində dəyərləndirilir) bir növ kompensasiya edəcək.

Bəs azarkeşlər nə deyir?

“Barsa” azarkeşlərinin Pikenin son qərarına münasibəti birmənalı deyil. Sevinən və hətta Şakiranın mahnısından sitat gərirən də var, kədərlənən və ona təşəkkür edən də.

* Onun gedəcəyini gözləyirdim, ancaq mövsümün sonunda. Hər şey belə tez baş verdi.
* Təbrik edirəm, sən əla oynayırsan! (Şakiranın mahnısından götürülən sitatdı – red.)
* Bu qərar 4 il gecikdi, ancaq belə də gedər.
* Jerar, sənin üçün çox darıxacağıq, klubumuzun tarixindəki ən yaxşı müdafiəçilərdən biri idin. Bu mərhələ bitdi, ancaq hələ görüşəcəyik. Hörmətlər.
* Adam eyni vaxtda həm əfsanə, həm də cani ola bilərmi? Bəli, ola bilər. Onun adı Jerar Pikedi. Sağ ol, Jerar, görüşənə qədər!
* Oh, Jerarın bu qərarına çox hörmət edirəm. Bil ki, klub üçün etdiklərini yüksək dəyərləndiririk, sən klubun əfsanəsisən. Hər şeyə görə sağ ol, kapitan.
* Rəqiblər sənin üçün darıxacaq.
* Son illər uğursuz alındı, ancaq formanın zirvəsində olarkən klub üçün etdiklərin hörmətə layiqdi. Sağ ol, kapitan.
* Getdi, ona görə ki, meydana Şakiranın formasında çıxmaq istəmədi. Ha-ha-ha!
* Bu videoçarx məni həyəcanlandırdı. Gözləmirdim. Hər şeyə görə sağ ol, Jerar.

Reaksiyalar

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:
“Pikeyə münasibətlə ədalətli olub-olmadığımı bilmirəm. Ancaq səmimi və dürüst oldum. Jerar həmişə komanda üçün nümunə idi, məşqlərdə 100 faiz gücünü qoyurdu. Mövsümün startından əvvəl onunla söhbətim oldu. Niyyətimi ona çatdırdım. Məşqçi karyeramda ən çətin anlardan biri idi. Həmin söhbəti nəzərdə tuturam. Elə son söhbəti də. O, oyundaşım olub. Mən də bu yolu keçmişəm və çətinliklə öhdəsindən gəlmişəm”.


Xuan Laporta, “Barselona”nın prezidenti:
“Pike uğurları və barselonizm fəlsəfəsi sayəsində klub embleminin bir hissəsidi. O, həmişə nümunə olacaq. Getməklə bağlı razılaşma prosesi gedir, ancaq Jerarın kluba yardım etməklə bağlı böyük arzusu var. O, “feyr-pley” və maaş fondu planında vəziyyəti anlayır. Bir müddət karyerasını bitirmək variantını müzakirə etdik, son günlərdə isə bu istəyi güclənib. Son qərarı vermək imkanını ona buraxdıq. Pikenin qərarına hörmət edir və onu bölüşürük”.


Karles Puyol, “Barselona”nın müdafiəçisi:
“Jeri, hər şeyə görə sağ ol. Mən şokdayam. Sənə tam ədalətsiz münasibət göstərdilər. “Barsa”nın futbolkası uğrunda sənin kimi döyüşən az adam olub. Həmişə deməyə hazıram ki, sənlə birgə oynamaq imtiyaz idi. Səni sevirəm, dostum”.


Fernando Yerro, “Real”ın sabiq müdafiəçisi:
“Bu böyük itkidi. Həmişə demişəm ki, o və Serxio Ramos mənim üçün dünyanın ən yaxşı iki mərkəz müdafiəçisidi. Pike niyə belə qərar verdiyini bilir. Ona sevgimi və dəstəyimi çatdırmaq istəyirəm”.


Xavyer Tebas, La Liqanın prezidenti:
“Pike niyə də “Barselona”nın prezidenti olmasın?! Neçə ildi meydandan kənarda iş qurub. Biznes aləmində qərarlaq qəbul etməklə formalaşır. Jerar prezident olmağa qadirdi. Özü və sosyos istəsə”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-11-2022, 18:0

Xavi Pikeni bu müdafiəçilərlə eyni səviyyəyə qoydu

Dünya futbolu

2-10-2022, 17:0

Messi “Barsa”ya dönməyin əleyhinə deyil

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə