“Mançester Yunayted” xüsusilə Aaron Van-Bissakanın klubdan ayrılması ehtimalı ilə bağlı sağ cinahı gücləndirəcək oyunçu axtarışlarını davam etdirir.
Football-plus.az xəbər verir ki, "qırmızı şeytanlar" “Norviç”in futbolçusu Maksimilian Aarons uğrunda mübarizəyə qoşulacaq. Futbolçunun transfer dəyəri 11,5 milyon avrodu.