Bu mövsüm İngiltərə premyer-liqasını tərk edəcək ilk komanda müəyyənləşib.
35-ci turda “Aston Villa”ya 0:2 hesabı ilə uduzan “Norviç” yüksək liqada qalmaq şansını itirib. Din Smitin çalışdırdığı komanda hazırda 34 oyuna 21 xalla sonuncu - 20-ci yerdədi.
“Norviç” son 3 mövsümdə 2-ci dəfə premyer-liqanı tərk edəcək. Ümumiyyətlə, “sarıbülbüllər” bu liqadan 6-cı dəfə 2-ci diviziona düşəcəklər. “Norviç” bu göstəriciyə əsasən İngiltərənin antirekordçusudu. “Vest Bromviç” 5, “Kristal Pelas”, “Midlsbro” və “Sanderlend” isə premyer-liqanı hərəyə 4 dəfə tərk edib.