"Football-plus.az" xəbər verir ki. bu barədə agent Aleksandar Ristiç “RB Sport”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, futbolçu Rusiya premyer-liqasında çıxış edən bir neçə komanda 31 yaşlı monteneqrolu yarımmüdafiəçi ilə maraqlanıb:
“Həqiqətən də Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədi. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir”.




