"Bavariya"nın futbolçusu İspaniya nəhənginin hədəfində

11.05.2022 10:56 479
Dünya futbolu
Serj Qnabri karyerasını İspaniyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, almaniyalı futbolçu ilə "Real" yaxından maraqlanır. Bu məlumatı "Fichajes" yayıb.

26 yaşlı yarımmüdafiəçinin "Bavariya" ilə 2023-cü ilə qədər müqaviləsi var . "Kral" mövsümün sonunda almaniyalını heyətinə qatmağı düşünür.

Qeyd edək ki, Qnabri bu mövsüm "Bavariya"nın heyətində 44 görüşdə 17 qol vurub, 10 ötürmə edib.