Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ “Makkabi”ni (Hayfa) 7:2 hesabı ilə darmadağın etdi.
Football-plus.az xəbər verir ki, Fransa təmsilçisi avrokubok oyununda qol sayına görə klub rekordunu təkrarladı.
Parislilər indiyə qədər ÇL-də “Rusenborq”la (7:2) “Seltik”in (7:1), İntertoto kubokunda isə “Gent”in (7:1) qapısına 7 dəfə yol tapmışdı.