Bu yay İlkay Gündoğanın “Mançester Siti”ni tərk edəcəyi haqda çox söz-söhbət dolaşmışdı. Ancaq o, hələ də mavi formanı daşıyır.
Türk futbolçunun gələn il doğum yeri olan Almaniyaya qayıtmaq şansı var. Böyük Britaniya mətbuatının məlumatına görə, onu “Bavariya” transfer etməyi planlaşdırır. Münhen klubu artıq 32 yaşlı yarımmüdafiəçinin menecerləri ilə danışıqlara başlayıb. Əslində İlkay 2023-cü ilin yanvarından başqa klublarla rəsmi danışıqlar aparmaq hüququna sahib olacaq. Onun MS ilə müqaviləsinin müddəti gələn ilin iyununa qədərdi.
Yeri gəlmişkən, bir müddət əvvəl “Barselona”nın da növbbəti yay “transfer pəncərəsi” zamanı almaniyalı oyunçunu heyətinə qatmaq planı ilə bağlı xəbər yayılmışdı. İlkay bu mövsüm premyer-liqada meydana çıxdığı 9 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.