Bu gün Çempionlar Liqasının yarımfinal oyununda “Vilyarreal”ı qəbul edən “Liverpul” 2:0 hesablı qələbə sayəsində finala çıxmaq yolunda böyük üstünlük qazandı. “Qırmızılar”ın üstünlüyünü möhkəmləndirən Sadio Mane turnirin pley-off mərhələlərində 14-cü qolunu vurmaqla afrikalılar üçün rekordu təkrarladı. 30 yaşlı seneqallıya qədər “Çelsi”nin sabiq forvardı Didye Droqba da pley-offda bu qədər qol vurmağı bacarıb.