Millimiz rekordunu təkrarladı

23.09.2022 13:51 369
Yığma
Azərbaycan yığması Millətlər Liqaaının qrup mərhələsinin 5-ci turunda Slovakiyaya qalib gəlib - 2:1.

"Footbal-plus.az" xəbər verir ki, komanda tarixində ikinci dəfə ardıcıl qələbələrə nail olub. Milli IV turda Belarusu 2 cavabsız qolla üstələməyi bacarmışdı.

Azərbaycan yığması tarixi ərzində daha əvvəl bir dəfə ardıcıl iki rəsmi oyunda qələbə qazanmağı bacarıb. Bu, DÇ-2018-in seçmə mərhələsində baş verib. Həmin zaman Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv San-Marino və Norveçi minimal hesablarla üstələməyi bacarıb.

Milli 2 gün sonra Bakıda Qazaxıstana qalib gəlsə, yeni rekorda imza atmış olacaq.