“Ottava”nı məğlub edən “Reyncers” pley-offa vəsiqəni təmin etdi. Nyu-York klubu son 5 ildə ilk dəfə bu hüquqa yiyələndi. Sonuncu dəfə 2016/17 mövsümündə pley-offa oynayan “Reyncers” onda 2-ci mərhələdə “Ottava”ya uduzmuşdu.
“Monreal”ı məğlub edən “Toronto” isə ardıcıl 6-cı dəfə pley-offda oynayacaq. Kanada klubu bu 6 halın 4-də ilk, 2020-də təsnifat mərhələsində uduzub. Uğurları ilə öyünən növbəti klub “Kolorado”du. “Evelanş” mövsümdəki 52-ci qələbəsini qazanmaqla klub rekordunu təkrarladı. 2000/01, 2013/14 mövsümlərində də belə nəticə göstərmişdilər.
“Pittsburq”un forvardı Sidni Krosbi “Neşvill” ilə dünənki oyunda 3 (2+1) xaı toplamaqla MHL karyerasındakı xal hesabını 1400-ə (514+886) çatdırdı. O, MHL tarixində bu zirvəni fəth edən 22-ci hokkeyçidi.