• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Xəzər Lənkəran 42”nin futbolçuları pulsuz oynayacaq

Ölkə futbolu / Manşet

28-10-2022, 17:0

Yeni fəaliyyətə başlayan “Xəzər Lənkəran 42” Region Liqası üçün hazırlığı davam etdirir.

Cənub təmsilçisi turnirin yekununda çempion olmaq arzusundadı. Ən azı klubun idman direktoru Höccət Hacıyev qəzetimizə açıqlamasında bunu iddia etmişdi. Futbol camiəsində gəzən söz-söhbətdən də anlamaq olar ki, Lənkəran futbolunu ən azı qarşıdakı mövsümdə maraqlı hadisələr gözləyir.

Görəsən, komanda hansı gücdədi? İddia olunan kimi çempionluğa oynamaq potensialı varmı? Futbolçular hansı maaşla “Xəzər Lənkəran 42”də çıxış edir? Suallarımız çoxdu. Onlara cavab tapmaq üçün Ağadadaş Həmidovla əlaqə saxladıq. Komandada məşqçi funksiyasını yerinə yetirən təcrübəli mütəxəssisin cavabı belə oldu: “Gəlin, bir məsələni dəqiqləşdirim. Mən rəsmən komandanın baş məşqçisi deyiləm. Hələlik bu vəzifəni icra edirəm. Region Liqasındakı oyunlara da komandanı mən çıxaracam. Gündəlik məşqlərimizi edirik. Əvvəlcə seleksiya toplanışı oldu. 40-a yaxın futbolçu arasından üç-dördünü seçdik. Daha sonra Lənkəran futbolunun yetirmələrinə müraciət etdik. Cənub bölgəsindən də uşaqlarımız var. Yaxşı kollektiv formalaşdırmışıq. Onlarla taktiki-texniki və fiziki məşqlər keçirik. Mən həmişə iddiası olan insanam. Düşünürəm ki, çempionluq uğrunda mübarizə apara bilərik. Həqiqətən də komandada çox yaxşı uşaqlar var. Deyirlər ki, “Xəzər Lənkəran”ın son illərində çıxış edən oyunçulardı. Bu, doğru deyil. Mənim dövrümdə akademiyada çıxış edən 1997, 98, 99 təvəllüdlü gəncləri bura yığmışıq. “Xəzər Lənkəran”ın premyer-liqada çıxış etdiyi son mövsümdəki heyətindən heç kim yoxdu. Buna baxmayaraq, özümüzə, gücümüzə və azarkeşlərimizə inanırıq”.

Ağadadaş bəy “Xəzər Lənkəran 42”nin rəqiblərini Lənkəran şəhər stadionda qəbul edəcəyini söyləməklə yanaşı, oyunçulara veriləcək məvacibdən də söz açdı: “Təbii ki, öz stadionumuzda oynayacağıq. Lənkəran şəhər stadionunda bir sıra dəyişikliklər edilib. Ümid edirəm ki, azarkeşlərə xoş anlar yaşadacağıq. Futbolçuların əksəriyyəti ilə maaş söhbəti olmayıb. Hazırda, sadəcə, komanda formalaşdırırıq. Təbii ki, hamı futbolu pula görə oynayır. İndi maliyyə haqda danışmaq tezdi. Yaxşı heyət formalaşdırandan, qələbələr qazanandan sonra oyunçuların maaşı bəlli olacaq. Hələlik isə onların hamısı Lənkəran futbolunun xətrinə komandada çıxış edir”.

Ağadadaş bəy cənub bölgəsinin futbol ictimaiyyətinin inamını hiss etdiklərini də dilə gətirdi: “Mənimlə bağlı xəbərlər yayılandan çoxlu zəng gəlir. Hamı təbrik edir, sevinənlər var. Həm mənə, həm də Lənkəran futboluna görə. Düşünürəm ki, lənkəranlıların futbol sevgisinə layiq iş görəcəyik. Bəli, “Xəzər Lənkəran” möhtəşəm işlər gördü. Çempionata maraq və rəqabət qatırdı. Çalışırıq ki, keçmiş günləri qaytaraq. Mən buna inanıram. Bu düşüncəm olmasaydı, hazırda komandada yer almazdım. İnsanların da inamını görmək bizə əlavə güc verir”.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

20-10-2022, 12:0

"Xəzər Lənkəran 42"nin rəhbəri bəlli oldu

Ölkə futbolu / Manşet

23-10-2022, 19:0

Höccət Hacıyev AFFA-nın komandanı diviziona buraxacağına ümid edir

Aktual / Manşet

18-10-2022, 16:0

Mais Mənsimov “Xəzər Lənkəran”ı fərqli adla bərpa edib

Aktual
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Son xəbərlər
  • Bu gün, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Bu gün, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Bu gün, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Bu gün, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə