Avrokuboklarda ən uğurlu həftə

10.07.2026 18:30 11
Avrokuboklar
Avrokubokların 1-ci təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, klublarımız keçirilən hər üç oyunda qalib gəlib. Çempionlar Liqasında “Sabah” "Nyu Seynts"i (Uels) 2:0, Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və Konfrans Liqasında “Zirə” “Torpedo”nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Bu, qitə miqyaslı klub turnirləri tarixində ikinci belə hadisədi. Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlmişdi. 2013/14 mövsümündə “İnter” “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metalurq”u (Şimali Makedoniya) və “Xəzər Lənkəran” “Slima”nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul