Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”

10.07.2026 17:57 66
Ölkə futbolu / Aktual
“Qəbələ” ilə bağlı bir xəbəri nəzərinizə çatdırmışdıq.

Belə ki, “qırmızı-qaralar” Seydina Keyta ilə yolları ayırıb. Seneqallı müdafiəçinin müqaviləsinə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılıq əsasında xitam verilib. Halbuki cəmi bir neçə həftə əvvəl, konkret iyunun 21-də klub Keyta ilə müqaviləni yeniləmişdi.

Görəsən, belə qısa müddətdə nə baş verdi ki, seneqallı getməyə qərar verdi? Bəlkə bizə məlum olmayan hansısa səbəb var? Şəxsi problemin kökü gedib maliyyəyə dirənir?

Bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxladıq:

“Biz səbəb kimi şəxsi problemlərin olduğunu göstərmişdik. Keyta müqavilə müddətini uzadandan sonra Azərbaycana dönə bilməyəcəyini dedi. Yəni razılaşmadan sonra onun şəxsi problemləri yaranıb. Ölkəmizdə o tək yaşaya bilməyəcək. Buna görə də biz qarşılıqlı razılıq əsasında müqaviləni pozmalı olduq”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul