• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Emerinin İngiltərəyə ilk səfəri macəra ilə zəngin olub

Dünya futbolu

28-10-2022, 15:0

Oktyabrın 21-də “Aston Villa” Stiven Cerrard ilə vidalaşdı – “Liverpul”un əfsanəsi Birmingemdə heç bir il də davam gətirmədi.

“Fulhem” önündəki böyükhesablı məğlubiyyətdən (0:3) sonra baş məşqçinin deməyə söz qalmadı: “Çətindi, ancaq mən kişiyəm, bunu qəbul edir və anlayıram. Görək nə olur: mən döyüşçüyəm, heç vaxt təslim olmuram. DNT kodumda məğlubiyyət yoxdu. Ancaq reallıq belədi ki, klubun vəziyyəti yetərincə yaxşı deyil”.

“Fulhem”lə oyun “Aston Villa”nın tarixinə düşdü; o mənada ki, ilk dəfə bir premyer-liqa oyununda birmingemlilərdən kimsə qovuldu, avtoqola və penaltiyə üzüldülər. Başının üzərini qara buludlar alan Cerrard bütün bunlardan sonra artıq getməyə məhkum idi. “Aston Villa”nın istefa ilə bağlı açıqlamasında deyilir: “Çətin və məqsədyönlü işinə görə Cerrarda təşəkkür etmək və gələcəkdə hər şeyin ən yaxşısını arzulamaq istəyirik”.

İstefa qərarı Cerrarda oyun bitəndən 90 dəqiqə sonra çatdırıldı. Beləcə onun İngiltərə futbolundakı ilk məşqçi təcrübəsi uğursuz alındı.

Nələr yolunda getmədi?

• “Aston Villa” Cerrardın dönəmində 17-ci pilləyə yuvarlandı və yalnız top fərqinə görə təhlükəli zonadan yuxarıda qərarlaşdı.

• Komanda Cerrardın rəhbərliyi altında keçirdiyi 39 premyer-liqa oyununun yalnız 30,8 faizində qələbə qazandı: 12 qələbə, 19 məğlubiyyət, 8 heç-heçə, topların fərqi – 45:53.

• Cerrardın taktika üzrə köməkçisi Maykl Bili layiqində əvəz etmək mümkün olmadı. Onun yollandığı KPR hazırda çempionşipdə liderdi. Əlbəttə, Nil Kritçli Bilin yerini tutdu, ancaq əvəz edə bilmədi.

Haşiyə çıxaraq qeyd edək ki, Cerrard Bili çox yüksək dəyərləndirirdi: “Oyunu anlamaq baxımından belə yaxşı məşqçi olmaq, məşqlər keçmək 15-20 ilimi alardı. Bu üzdən Mayk elə Maykdı, o ekspertdi”.

• Dieqo Karlos, Lüka Din və Bubakar Kamaranın zədəsi – adı çəkilən futbolçular Filippe Koutinyo ilə birgə Cerrardın əsas transfer güvənci idi. Məhz baş məşqçinin dəvət etdiyi oyunçular sıradan çıxdı. Kamara meydanın mərkəzində oyuna nəzarət baxımından vacibdi, Din mövqe hücumlarında cinahda yaradıcılığı ilə seçilirdi, Karlos isə etibarlıdı.

• Yəqin bu məqamda Tayron Minqzlə yayda yaşanan qalmaqalı da xatırlamaq lazımdı, Cerrard ondan kapitan sarğısını almışdı. Görünür, əsas səbəb bu idi ki, baş məşqçi onun idman formasından narazı qalmışdı və start heyətinin oyunçusu gözündə görmürdü. Medianın yaydığı düzmə-qoşma xəbərlər və futbolçunun bu qərarı anlamaması üzündən sarğı tarixçəsi dastana çevrildi. Sonra isə zədələr üzündən narazı Minqz yenidən start heyətinin əsas oyunçusuna çevrildi. Bir sözlə, Cerrardın Minqzi səssiz-küysüz ehtiyat oyunçular skamyasında oturda bilməməsinin məntiqli izahı yoxdu.

Bələ də böyük klubun sabiq kapitanı kimi Cerrard sarğıya hədsiz yüksək dəyər verir və onun haqq etməyən oyunçunun qoluna bağlanmasına dözə bilmir. Amma bunu elə şəkildə ifadə etdi ki, həm medianın ciddi təzyiqi ilə üzləşdi, həm də heç nədən heyətlə bağlı narazılıq yarandı. Hadisələrin axarına nəzarət edə bilməyən təcrübəsiz menecer obrazına tam uyğun gələn durumdu...

Emeri gəldi...

Əvvəlcə onu xatırladaq ki, premyer-liqanın 5 klubu cari mövsümün gedişində artıq baş məşqçisini dəyişib. Cerrarda qədər Skott Parker (Bornmut), Tomas Tuxel (Çelsi) və Bruno Laje (Vulverhempton) istefaya göndərilmişdi. Qrehem Potter isə “Brayton”la vidalaşaraq “Çelsi”nin “sükanı arxasına” keçmişdi.

“Aston Villa”nın baş məşqçisiz dönəmi cəmi üç gün çəkdi. Oktyabrın 24-ü axşam saatlarında yeni çalışdırıcının adı açıqlandı. Unay Emeri ilə bağlı söhbətə keçməmiş xatırladaq ki, bukmekerlərin əsas favoriti Maurisio Poçettino idi. Ancaq argentinalı məşqçini problemli komandanı qəbul etməyə inandırmaq çətin oldu.

Aydın məsələdi ki, Emeri futbol dünyasında dünənki uşaq deyil. 50 yaşlı mütəxəssis “Lorka Deportiva” (2004-06), “Almeriya” (2006-08), “Valensiya” (2008-12) və “Spartak”ın (2012) ardından “Sevilya”nın (2013-16) “sükanı arxasına” keçib, Əndəlüs klubu onun dövründə ardıcıl üç dəfə Avropa Liqasının qalibi olub. Daha sonra Parisə yollanıb, PSJ-ni çempion edib və iki dəfə bu komandaya kubok qazandırıb. Daha bir il “Arsenal”ı çalışdırandan sonra 2020-ci il iyulun 23-də “Vilyarreal”ın baş məşqçisi təyin olunub. Bu komanda ilə Avropa Liqasını qazanıb və Çempionlar Liqasında yarımfinala çıxıb.

Məşhur insayder Fabritsio Romanonun yazdığına inansaq, ispan çalışdırıcı ildə 7 milyon avro qazanacaq. O, “Aston Villa”da işə rəsmən noyabrın 1-də, yəni İngiltərədə iş icazəsi alandan sonra başlayacaq. Elə ilk oyunda “Mançester Yunayted” sınağına çıxacaq.

Premyer-liqaya ilk gəlişi tragikomediya olub

Emerinin “Arsenal” macərası maraqlı tarixçədi. London klubunda 2018-in mayında ünlü Arsen Vengerin yerini tutdu. İngilis dilini əcaib dərəcədə pis bilən mütəxəssis tezliklə paltardəyişmə otağı ilə “təması itirdi”, həm də daim heyətdə rotasiya etdiyindən konkret oyun üslubu müəyyənləşdirə bilmədi. İkinci məqamı “Arsenal”ın əfsanəsi Martin Kioun da xüsusi vurğulamışdı: “Emeri tez-tez bir sistemdən digərinə keçirdi. O, komandanın strukturundakı daimi dəyişikliklər üzündən heç cür düzgün oyun ritmi tapa bilmirdi. Meydanda nə edəcəyini bilməyən futbolçular məşqçi ilə birgə dolaşığa düşürdü”.

İngilis dili ilə bağlı problemi də gözardı etmək olmaz. Məsələn, Bukayo Saka etiraf edir ki, Emerinin nə haqda danışdığını heç də həmişə anlamırmış. Oyunçular tez-tez baş məşqçinin ifadələrini və ləhcəsini parodiya edir, Emeri fikirlərini çətinliklə çatırdığından komanda iclasları uzanırdı. Hərçənd Emeri mətbuat konfranslarına tərcüməçisiz getmək dərəcəsində cəsarət sahibi idi – onun əfsanəvi “Qud İbeninq” ifadəsi beləcə yaranmışdı.

Bu şəraitdə çalışan Emeri belə Avropa Liqasının finalına qədər irəlilədi. Bakıda keçirilən final oyununda möcüzə olmadı – titulu “Çelsi” qazandı. 2019-da Emerini qovdular. Sonradan mütəxəssis Londonda dil maneəsi ilə üzləşdiyini etiraf etdi: “Yalnız nəticələr üzündən dil ən vacib problemə çevrildi. Nəticələr daha yaxşı olsaydı, adamlar səhvlərimə daha loyal yanaşar və ingiliscəmi qəbul edərdilər. Mətbuat konfransında 1-ci və 2-ci suallara cavab verərkən düşüncəmdə olan ifadələri çatdıra bilirdim. Sonrakı suallarda isə artıq mənə çətin olurdu. Bu maneəni aşmalı olduğumu anlayırdım. Zamanla bu yöndə “artıracaqdım”.

Qışda “Nyukasl” çağırırdı – “Vilyarreal”a görə imtina etdi

Emerinin təyinatı ərəfəsində “Vilyarreal”ın prezidenti Fernando Roç idarəçilik strukturunu yenilədi – o və ailəsi səlahiyyətləri baş məşqçi ilə bölüşdülər. Roç ailəsi gəncləri axtarır, baş məşqçi isə onları heyətə inteqrasiya edir və bazardan hazır oyunçular seçir.

Komanda daxilindəki bütün proseslərə nəzarət etməyi xoşlayan Emeri dərhal Roç ailəsinin sevimlisinə çevrildi. Təbii ki, ispan dili də önəmlidi, baş məşqçinin paltardəyişmə otağındakı işi daha da asanlaşdı. Tərəqqi dərhal gözə dəydi. Emeri heç vaxt əvvəllər oyunçularla ünsiyyətə bu qədər önəm vermirdi, onların hər biri deyir ki, baş məşqçi daim səhvləri bir-bir anladırmış. Baş məşqçi kollektivi özünə uyğunlaşdırdı və yenidən Avroliqanı qazandı.

“Vilyarreal” ötən mövsüm ÇL-ə də səs saldı. Düzdü, heç yarımfinalda görünməyə də bilərdi. Ötən ilin noyabrında belə informasiya yayıldı ki, mütəxəssis “Nyukasl”a gedir. Hətta “The Athletic” yazırdı ki, müəyyən formallıqlar qalır, şeyxlər ispaniyalı mütəxəssisi razı salıb. Emeri özü də danışıq faktını təsdiq etdi, ancaq tezliklə ictimaiyyət önündə qaldığını dedi: “Başqa ölkədəki səs-küyə baxmayaraq, Roç ailəsi və futbolçularla münasibətlərimdə maksimal şəffaflıq olub. Ən vacib olan budu. “Vilyarreal”, sadəcə, mənim evimdi. Bu layihəyə 100 faiz inanıram. Bu komandada hədsiz xoşbəxtəm. Odu ki, qaldığımı xəbər verirəm. Bu layihənin bir hissəsi olmaq istəyirəm, ona görə ki, klub və futbolçular mənə çox hörmət edir. Bu hörmət qarşılıqlıdı”.

İspaniyalı jurnalist Gilyem Balaqe Emerinin həmin qərarını belə izah etmişdi: “Emeri bilib ki, “Nyukasl”ın baş məşqçi postuna namizədlərin qısa siyahısı ondan və Eddi Haudan ibarətdi. Bu məşqçilərin üslubu, yanaşması və Avropa futbolundakı təcrübəsi fərqlidi. Emeri dəvət olunduğu layihədə özünü tapmadı. Bu üzdən də “Vilyarreal”da qaldı”.

Belə görünür ki, bu dəfə hər şey fərqlidi!

Emeri nə deyir?

“Vilyarreal”da qəlbimə yaxın olan nəsə tapdım, ancaq mən peşəmlə yaşayıram. Hesab etdim ki, “Aston Villa”nın təklifini qəbul etməli, bu idman çağırışına cavab verməli, yeni layihə ilə məşğul olmalıyam. Bu, şəxsi və peşəkar qərardı. Evimi 24 yaşımda tərk edərək peşəkar futbola qucaq açdım – burdan irəli gələn bütün nəticələrlə birgə. Burda gözəl anlarım və güclü emosiyalarım oldu. Ancaq yanaşma ayıq və ölçülü-biçili olmalıdı. “Aston Villa”ya keçid qərarını qətiyyətlə və hörmətlə verdim.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-08-2022, 17:0

Cerrard istefaya göndərilir?

Aktual
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Son xəbərlər
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə