• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gözümüzün önündə böyüyən “Qarabağ” - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

16-10-2022, 18:0

“Olimpiakos”un mərkəz müdafiəçisi Sokratis Papastatopulos Tofiq Bəhramov adına Respublika stadionunun qazonunu bərbad adlandırıb.

Yunan futbolçu bununla kifayətlənməyib, “Qarabağ”la qarşılaşmanın ingilis hakimlərini də hədəfə alıb. Onun fikrincə, Kreyq Pausonun başçılıq etdiyi hakimlər briqadası anlaşılmaz qərarlar verib. Papastatopulosun bu sözlərini oxuyanda təəccübümü gizlədə bilmədim. Düzdü, yunanlar çoxdan evlərinə qayıdıblar və hansısa formada onlara etiraz etmək imkanımız yoxdu. Amma həqiqəti özümüzü üçün aydınlaşdırmalı və ona hörmət etməliyik. Çünki həqiqətin müqəddəsliyi bizdən bunu tələb edir.

Nədi o həqiqət? Başlayaq elə hakimlikdən. Avrokuboklarda “Qarabağ” qədər hakim haqsızlığından, ədaləti qorumalı olanların yanlış qərarlarından əziyyət çəkən klub yoxdu. Tarixin xoşagəlməz səhifələrini vərəqləməyə başlasaq, qanımızı yenidən qaraltmış olarıq. Konkret “Olimpiakos”la oyuna gəlincə, 90 dəqiqə ərzində ingilis hakimlərin meydan sahiblərinə hansısa köməyi, simpatiyası hiss olundu? Təbii ki, yox. Görüş o qədər də sərt və sürətli keçmədi. Belədə hakimlərin işi də çətin deyildi. VAR texnologiyasının da tətbiqi onların işini asanlaşdırıb. Yaxşı başa düşürlər ki, hansısa vacib epizodda qərar verməyə çətinlik çəksələr, VAR-ın köməyinə arxalana bilərlər. Belədə meydana rahat çıxırlar, kobud səhv ehtimalı azalır. O ki qaldı Respublika stadionunun qazonuna, biz o örtüyün daha pis vaxtlarını görmüşük. “Olimpiakos”la görüş zamanı qazonda zaman-zaman problemlər müşahidə olunurdu, amma hansısa faciəvi durumdan söhbət gedə bilməzdi.

Gülməlisi odu ki, qazondan şikayət edən Papastatopulosun komandası Avropanın ən qapalı oynayanlarındandı. “Olimpiakos”un texnikalı oyuna meyl etməsi, rəngarəng hücumlar qurması futbol dünyasına tanış olmayan ssenaridi. “Qarabağ” səfərdəki matçda rəqibin qapısına üç cavabsız top vurmaqla yunanların gözünü əməlli-başlı qorxutmuşdu. Belədə onlar Bakıda daha ehtiyatlı oynayır, əsasən müdafiənin qayğısına qalırdı. Rəqibin baş məşqçi Miçel Qonsales “Qarabağ”ın startdakı həmlələrini görəndən sonra taktikaya yenidən əl gəzdirdi, “beton səddi” bir qədər də möhkəmləndirdi. Hər kəsə məlumdu ki, yararsız qazon daha çox hücum edənə, texnikalı oyun göstərməyə çalışana mane olur. Öz cərimə meydançası həndəvərində müdafiə olunmaqla məşğul olanlar üçün isə qazondakı problemlər göydəndüşmə fürsətdi. Çünki belə hallarda rəqibin hücumlarının sürəti, ötürmələrin dəqiqliyi aşağı düşür. Bu isə müdafiədə nəfəs dərə-dərə oynamağa, vəziyyəti düzgün təhlil etməyə kömək edir. Deməli, Papastatopulosun sözləri bəhanədən, “Olimpiakos”un çılğın azarkeşlərinin qəzəbini soyutmağa cəhddən başqa bir şey deyil.

Sokratis özü də etiraf edib ki, ilk 20 dəqiqədə üstünlük tam “Qarabağ”ın tərəfində olub. Yunan müdafiəçi görüşün nəticəsinin ədalətli olduğunu da qəbul edib. Lap elə eyhamla, minnətlə olsa belə. Bəli, “Qarabağ” adlı-sanlı rəqiblə oyunda özünəinam nümayiş etdirdi. “Köhlən atlar” vahid saat mexanizmi kimi çalışır, meydanda sözün bütün mənalarında böyük təcrübə sahibi kimi davranırdı. “Çərçivə”yə bitirici zərbələrin vurulmamasının səbəblərindən birini Qurban Qurbanov oyunsonrası mətbuat konfransında dilə gətirdi. Yunanıstandan qayıdandan sonra “Qarabağ” təyyarə ilə daha bir səfərə çıxmalı olmuşdu. Düzdü, budəfəki səfər elə də uzaq məsafəyə deyildi. Amma hər halda, müəyyən yoğrunluğun olması gözləniləndi. Məsələnin çox vacib tərəfi də var. Misli premyer-liqasında oynayan futbolçular üçün belə qrafik heç də xarakterik deyil. Başqa klubların futbolçuları həftədə bir dəfə oyuna çıxıb, bərpaya və istirahətə yetərincə vaxt qazanırsa, “Qarabağ”ın üzvləri bu xoşbəxtlikdən məhrumdu. Onlar ardıcıl neçənci mövsümdü bu qrafiklə oynamalı olur.

Bütün bu məqamları nəzərə alanda, “Qarabağ”ın ilk 20 dəqiqədəki tempi nə üçün davam etdirə, yunanların qapısına həlledici zərbələr vura bilmədiyini başa düşürük. Bütün bu məqamlar futbolun içində olanlardı. Yaxşı ki, “Qarabağ” bütün çətinliklərə rəğmən, üzərinə götürdüyü missiyanın öhdəsindən uğurla gəlməyi bacarır. Ardıcıl ikinci mövsümdü avrokuboklarda yaz mövsümünü də görür, azərbaycanlı azarkeşlərə bəxş etdiyi xoşbəxt anların müddətini artırır. Hələ bu harasıdı?! Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ən uzun “quru” seriyaya malik üç komandadan biridi. Son üç görüşdə qapımızı toxunulmaz saxlaya bilmişik. "Frayburq" və “Real Sosyedad” kimi komandalarla eyni göstəriciyə imza atmaq bir Azərbaycan klubu üçün ciddi hadisədi. Yenə də bunun altında “Qarabağ”ın və Qurban Qurbanovun imzası var. “Qarabağ” gözümüzün önündə böyüməkdə, Avropada adından söz etdirməkdədi. Yolun uzun, üzün ağ olsun, “Qarabağ”!

AMAL

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

13-10-2022, 14:0

Yunanlar "Sokratisin Bakı xatirələri"ndən yazdı

Avrokuboklar

11-10-2022, 09:0

"Qarabağ" - "Olimpiakos" matçı ingilislərə tapşırıldı

Avropa Liqası

14-10-2022, 11:0

"Daha çox arxadan oynamalı olduq" - Papastatopulos

Avropa Liqası

11-10-2022, 09:0

"Olimpiakos"un baş məşqçisinin "Qarabağ" planı

Avropa Liqası

15-10-2022, 21:0

İngilislərdən normal idarəçilik

Manşet / Avropa Liqası

11-10-2022, 22:0

Tofiq Bəhramov adına Respublika stadionunda ot fərqi – AÇIQLAMA

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə