• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir Emreli serial kimi həyat yaşayır! - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

14-10-2022, 22:0

Hamı qəbul edər ki, azərbaycanlı tamaşaçı üçün Türkiyə serialları dünyada 1 nömrədi.

Allah var, adamlar bu işin əjdahasıdı. Hansısa ssenarist Anadolunun, İstanbulun, Ankaranın tozlu küçələrində, qəsəbələrində nəsə bir əhvalat eşidib, onu böyüdür, şişirdib serial çəkir.
Mənim keçmişdə izlədiyim və indi də davam etdiyim bir neçə TV layihəsi var. “Kurtlar Vadisi”, “Çukur”, “Halka” dram janrında çəkilmiş ailə və cinayət seriallarıdı. Hər birinin özünəməxsus ssenarisi və maraq doğuran əhvalatları var. Məsələn, “Çukur” İstanbulda yaşayan mafiya liderinin ailəsindən bəhs edir. Atanın keçmişdə etdiyi səhvlər ucbatından ailəsi əziyyət çəkir. Ən çox da Yamac adlı oğlu hadisələrin başında dayanır. Atasının “ailə hər şeydi” deməsi övladı bəzi məqamlarda çıxılmaz vəziyyətə qoyur.

Nə isə, məqsədim seriallar haqda danışmaq deyil. Bu yazıda Mahir Emrelinin karyerasından bəhs edəcəyik. Düşünürəm ki, azərbaycanlı rejissorlardan biri hücumçunun həyatından əla ekran əsəri yarada bilər. Ad üçün də çox düşünməyə ehtiyac yoxdu! “Övladını uçuruma aparan ana” və ya “Ailəyə qurban verilən karyera”. Məncə, bir az uzun oldu. Amma Mahir haqda seriala bundan başqa adlar vermək olmaz.

Ötən həftənin ən vacib xəbərlərindən biri “Dinamo”nun üzvünün “Legiya” qarşısında borclanması idi. Sən demə, Varşava klubundan ayrılmaq üçün öz cibindən pul ödəməliymiş. Fevraldan dekabra kimi hər ay 25 min avro “Legiya”ya verilməliydi. Amma Mahir bir müddət sonra ödənişi gecikdirib. Xəbərdarlıq olunub, amma nafilə! Sonradan klub FİFA-ya şikayət edərək məsələni həll etməyə çalışıb. Dünyanın ali futbol qurumu da futbolçu pulu ödəyənə qədər yarışlarda iştirak edə bilməyəcəyini qeyd etdi. Mahir də tələm-tələsik 2-3 gün ərzində problemi yoluna qoydu. Bununla bağlı Xorvatiya mətbuatında bəzi xəbərlər çıxıb. Onlardan ən maraqlısını diqqətinizə çatdırıram: “Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin sabiq klubu “Legiya”ya borcunu bir neçə gün ərzində ödəməsinin səbəbi bəlli olub. Zaqreb təmsilçisi onu müqaviləni pozmaqla qorxudub. Məsələ burasındadı ki, Polşa klubuna borcunu ödəmədiyi üçün FİFA tərəfindən futboldan uzaqlaşdırılan 25 yaşlı futbolçuya “Dinamo” rəhbərliyi ultimatum verib: “Borcunu qısa müddətdə ödəməsən, müqaviləni ləğv edəcəyik”. Məhz bu xəbərdarlıqdan sonra “Legiya”ya olan 105 min avro borcunu ödəyən Emreli ilə bağlı sanksiya da aradan qalxıb”.

Bunu avropalı həmkarlarımız iddia edir. Şəxsən mən bəzi məsələlərdən xəbərdar deyiləm. Məsələn, Mahirin nə üçün “Legiya”ya pulu ödəmədiyini bilmirəm. Adamın nə qədər gözü dönsün ki, razılaşma olduğu, saziş bağlanıldığı halda sözündən qaçsın. Bu pulu 2-3 gün ərzində verə bilmək potensialın varsa, niyə vaxtında ödəmirsən ki? Heç onda məsələyə FİFA da müdaxilə etməzdi, futbolçunun adına-imicinə xələl gəlməzdi. Deyəsən, bunları məndən başqa düşünən yoxdu. Məsələ ilə bağlı rəsmi məlumatlar mediaya daxil olandan sonra həm Mahir Emreli, həm anası Elnurə xanım, həm də atası Anar Mədətov ilə əlaqə saxlamışam. İlk iki şəxs, ümumiyyətlə, nə zənglərimə, nə də mesajlarıma cavab verdi. Atası məsələyə belə aydınlıq gətirdi: “Mən Mahirin yanında deyiləm ki, nəsə soruşasız. Anasından öyrənməyə çalışın! Mənim heç nədən xəbərim yoxdu. Bununla bağlı məndən kömək istənilməyib. Yenə deyirəm, anasından və dayısından soruşun”.

Əsl ailə dramı! Valideynlərinin qarışdurmasından əziyyət çəkən övladın yaşadıqları. Dediyim kimi, hər həftə ekran başına keçib, izləməli serial alınar bu hekayədən. Jurnalistin işi nəyisə araşdırmaq və ortalığa çıxarmaqdı. Son iki gündə bütün vaxtımı Mahir Emreliyə həsr etmişəm. Özünə, anasına zəng edirəm. İndiki və sabiq menecerləri ilə danışmaq istəyim baş tutmadı. Amma adının açıqlanmasını istəməyən bəzi şəxslər maraqlı iddialar irəli sürdülər. Verilən məlumata görə, Mahirin “Legiya”ya ödəniş etməməsinin səbəbi Azərbaycanda adına bank kreditinin olmasıdı. Qohumları oyunçunun hesabına pul götürüb və ödənişləri gecikdiriblər. Bu səbəbdən də futbolçu çətin vəziyyətə düşüb. Hətta “Dinamo”ya keçidi zamanı bu problem özünü biruzə verib. Onun ölkədən çıxışına “stop” da qoyulub. Sonradan bu məsələ həllini tapıb. Banka olan borclar hələ də ödənilmədiyi üçün Mahirin hesabları bloklanıb. Bu səbəbdən də oyunçu “Legiya”ya ödənişi gecikdirib.

Başqa bir mənbə iddia edir ki, Mahirin “Dinamo”nun əsas heyətinə düşə bilməməsinin səbəbkarı məhz Elnurə xanımdı. Sən demə, futbolçunun anası kanalların birində “Dinamo”nun oyun tərzini, Ante Çaçiçin taktikasını təhlil edib. Bu məsələ də xorvatiyalı mütəxəssisin qulağına çatdığı üçün oyunçuya az şans verməyə başlayıb. Hətta ona xəbərdarlıq olunub ki, valideynlərin efirlərdə səni və oyununu müzakirə etməsinlər.

Digər tərəfdən Mahirin maliyyə işlərinə də anası baxır. Yəni futbolçunun meneceri Elnurə Emrelidi. Bu məsələ ilə bağlı kiçik araşdırma apardım. “Transfermarkt” saytında Mahirin adını axtarışa verəndə məxsus olduğu agentlik şirkəti kimi “Endo Team” çıxır. Həmin şirkətin üzvləri isə Endo Osmani, Elnurə Emreli və Tagi T adlı bir şəxsdi. Görünən odu ki, həqiqətən də Elnurə xanım Mahirin klubla danışıqlarında şəxsən iştirak edir. Qısası, futbolçunun meneceri məhz anasıdı. Heç vaxt bu işlərdə təcrübəsi olmayan azərbaycanlı xanım avropalı agentlərlə oğlunun taleyini həll etməyə çalışır...

Sonuncunu saymasaq, qalan iki məsələ olduqca vacib iddialardı. Bu sualları Elnurə xanıma ünvanladım, amma cavab vermədi. İndi onun fikirlərini işıqlandırmağa hazıram. Azərbaycan futbolunun ən parlaq nümayəndələrindən olan Mahir Emreli ailə problemləri ucbatından ortalıqda qalıb. Bəlkə də çox böyük potensiala malikdi. Bunu bir çox məqamlarda isbat edib. Amma təfəkkürcə böyüyə, ailəsinin problemlərini həll edə bilməməsi üzündən ortalıqda qalması Mahiri uçuruma aparır. Dediyim kimi, əsl seriallıq mövzudu. Ver Kənan MM-ə, hamını ekran başına yığacaq əsər yaratsın!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-07-2022, 12:0

''Fənərbaxça'' yığma üzvünü transfer edir

Dünya futbolu

1-07-2022, 22:0

Mahir Emreli doğum günündə komandasını məğlubiyyətdən xilas etdi

Aktual
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
Son xəbərlər
  • Bu gün, 15:54
    İranlılara viza verildi
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
Daha çox
Oxunub: 656
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 239
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 216
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 212
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə