Dünən "Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda KuPS-la qarşılaşmaq məqsədilə Finlandiyaya yola düşdüyünü yazmışdıq. "Bayquşlar" artıq matçın keçiriləcəyi Kuopio şəhərinə çatıb.
"Football-plus.az" xəbər verir ki, aparıcı futbolçulardan Aaron Maluda da kollektivlə birgə səfərə yollanıb. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Xatırladaq ki, Maluda "Bazel" və "Seltik"dən təkliflər alıb. Fransalının "Bazel"ə keçmək ehtimalı daha böyükdü. Ancaq iddialara inansaq, baş məşqçi Valdas Dambrauskas onu sərəncamında görməyə davam etmək istəyir. KuPS-a qarşı ilk oyunda şans qazanmayan Maludanın cavab matçında meydana çıxıb-çıxmayacağı bilinmir.
KƏNAN BAHADIR