Mütəxəssis bu sözləri deyib:
"Bizi həlledici oyun gözləyirik. İlk oyundan dərs çıxarmalıyıq. Sabah mövsümün ən yaxşı oyununu oynamalı və Çempionlar Liqasındakı yolumuza davam etməliyik. Azarkeşlərimizin dəstəyi ilə hər şey mümkündü".
Adamsın söylədiklərinə keçid alaq:
"İndiyə qədər həm mövsüm, həm də yay çox yaxşı keçir. Hər gündən zövq alıram. Hədəfim çox çalışmaq, həmişə əlimdən gələni etmək və növbəti matça diqqət yetirməkdi. Səfərdə fiziki baxımdan problem yaşadıq. Amma ən vacib şey cütün taleyinin həll edilməməsi oldu. "Sabah" çox keyfiyyətli komandadı. İlk görüş bizim üçün asan keçmədi. Ev oyunu isə tamamilə fərqli olacaq. Azarkeşlər bizi dəstəkləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Stadion bizimdi. Doğma meydançada oynamaq önəmli üstünlükdü. Hər şeyə rəğmən, "Sabah"ın həqiqətən yüksək keyfiyyətli komanda olduğunu unutmamalıyıq".
KƏNAN BAHADIR





