• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"

Avrokuboklar / Manşet

Bu gün, 21:58

"Sabah"ın baş məşqçisi Valdas Dambrauslas KuPS-a qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Sizi litvalı mütəxəssisin fikirləri ilə tanış edirik.

- Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdı və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur. Bilirik ki, meydan sahibləri çox motivasiyalı olacaqlar və bütün güclərini ortaya qoyacaqlar. Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik. Bu axşam həmin stadionda məşq edəcəyik. Bu, məşq şəraitini anlamaq və meydanı, bizi hansı şərtlərin gözlədiyini dərk etmək üçün vacibdi. İnanıram ki, oyunumuzun ən yaxşı versiyasını nümayiş etdirə bilsək, növbəti mərhələyə vəsiqə qazanacağıq.

- İlk oyundan sonra KuPS haqda fikirləriniz necədi?
- Səfər oyunlarının heç vaxt asan olmadığını bilirəm. Rəqibin uzun və yorucu səfəri olmuşdu. Onlar üçün tanlş olmayan mühit və Finlandiyadakından fərqli şərait var idi. KuPS oyunlarının əksəriyyətini süni örtüklü meydançalarda keçirir. Lakin Bakıda təbii qazonda oynamalı oldu. Düşünürəm ki, ilk qarşılaşma komandanın həqiqi gücünü tam şəkildə göstərmədi. Onların keyfiyyətli futbolçuları var. Ötən mövsüm Konfrans Liqasının əsas mərhələsində çıxış etmələri belə vəziyyətlər üçün onlara əlavə təcrübə qazandırıb. Rəqib hər şeyin bir epizoddan asılı olduğu anda necə davranmalı olduğunu bilir. KuPS-un yaxşı məşq etdirilən komanda olduğunu düşünürəm. Onların özünəməxsus oyun üslubu və dəst-xətti var. Bunu hər komandada görmək olmur. Məncə, həmkarım orda çox yaxşı iş görür. KuPS Finlandiya çempionudu. Hansı ölkədə və hansı səviyyədə oynamağından asılı olmayaraq, hətta uşaq futbolunda belə çempion olmaq üçün xüsusi iş görməlisən. Çünki liqanı qazanmaq olduqca çətin vəzifədi. Çempiona qarşı oynayanda bilirsən ki, onlar heç vaxt təslim olmurlar, qol vurmağı, hücum etməyi, müdafiə olunmağı və sonadək mübarizə aparmağı bacarırlar. Buna görə də çox güclü, mütəşəkkil və məşq etdirilən komandaya qarşı oynayacağımızı düşünürəm. Amma bizim də öz güclü tərəflərimiz var və sabahkı oyunda onları göstərməliyik.

- Hazırda ümumi hesabda öndəsiz. Sabahkı oyuna necə yanaşacaqsız? Hücum futbolu oynayacaqsız?
- Oyundan əvvəl taktiki plan haqda danışmağı sevmirəm. Əlbəttə, rəqibin olduğu kimi, bizim də öz oyun planımız var. Həmin məqamlar qarşılaşmanı daha maraqlı edəcək. KuPS topla oynamağı bacaran, topa sahib olmağa çalışan komandadı. Biz də topla oynamaq istəyirik. Oyuna necə yanaşacağımızı sabah görəcəyik. Ümid edirəm ki, azarkeşlər qarşılaşmadan məyus qayıtmayacaqlar.

- İlk oyundan sonra KuPS-un heyətindən xüsusi fərqləndirə biləcəyiniz oyunçu varmı?
- Biz konkret futbolçuya qarşı deyil, bütövlükdə komandaya qarşı hazırlaşmışıq. Amma ilk oyunda qapıçı xüsusilə diqqətimi çəkdi. O, çox yüksəksəviyyəli oyun keçirdi. İlk ötürmələr zamanı çox inamlı idi. Ayaqla rahat oynayırdı və həm sağ, həm də sol ayağı ilə yaxşı ötürmələr verirdi. Topu oyuna daxil etmək bacarığı yüksək səviyyədə idi. Qapıda etdiyi seyvlərlə komandası üçün böyük fərq yaratdı. Digər oyunçular da yaxşı təsir bağışladı. Mərkəz müdafiəçiləri Adams və Maqassa yaxşı çıxış etdilər. Daha əvvəl də dediyim kimi, KuPS yaxşı məşq etdirilın komandadı. Onların meydanda düzgün yerdəyişmələri var və nə etməyə çalışdıqları aydın görünür. Hətta müəyyən dəyişikliklər zamanı yarımmüdafiəçilərin daha irəli çıxmasını, xətlərarasında yaranan boşluqları doldurduqlarını görə bilirsən. Onları təəccübləndirmək çox çətindi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avrokuboklar / Manşet

20-07-2026, 19:0

"Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas

Avrokuboklar / Manşet

15-07-2026, 01:0

"Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas

Ölkə futbolu / Manşet

17-05-2026, 21:0

"Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas

Konfrans Liqası / Manşet

12-08-2025, 18:0

"Meydana qələbə üçün çıxacağıq" - Valdas Dambrauskas

Avrokuboklar / Manşet

13-07-2026, 23:0

"Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas

Avrokuboklar / Manşet

21-07-2026, 23:0

"Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Bu gün, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Bu gün, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Bu gün, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Bu gün, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Bu gün, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Bu gün, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:10
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Bu gün, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Bu gün, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə