İki gün sonra "Qarabağ" Avroliqanın qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Olimpiakos"la qarşılaşacaq.
Görəsən, arena oyuna hazırdı? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün stadionun direktoru Şamil Quliyevlə əlaqə saxladıq:
"Stadion "Qarabağ" - "Olimpiakos" oyununu keçirməyə hazırdı. Hazırda UEFA nümayəndələri tərəfindən də reklam banerləri quraşdırılır. Otən oyunlarda saralan, qopan otların əvəzinə yenisini əkmişik, onlar da artıq qalxıb. Ola bilər ki, otların rəngində fərqlilk gözə dəysin. Bunun səbəbi də, dediyim kimi, əkdiyimiz yeni otlardı. Yeni əkilənlər açıq yaşıl, köhnə isə tünd yaşıl kimi görünə bilər. Tribunalarda da problem yoxdu. Ümumilikdə məkanımız azarkeşlərin matçdan zövq alması üçün tam hazırdı".
ABDULLA İSMAYILOĞLU