"İmişli" anqolalı oyunçu transfer etdi

27.07.2026 20:55 15
Ölkə futbolu
“İmişli” daha bir futbolçunu heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi anqolalı oyunçu Domingos Sengui Hermenegildonu (Picas) transfer edib. 25 yaşlı futbolçu ilə "2+1" illik müqavilə imzalanıb.

Sağ cinah vingeri mövqeyində çıxış edən Picas karyerası ərzində Anqolanın “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarının formasını geyib.