"Daha çox arxadan oynamalı olduq" - Papastatopulos

14.10.2022 11:08 350
Avropa Liqası
“Bir neçə oyundur ki, qalib gələ bilmirik. Bu görüşdə qapımızı toxunulmaz saxlayıb, əks hücumda qol vurmaq istəyirdik".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Olimpiakos"un futbolçusu Sokratis Papastatopulos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la Bakıda keçirilən görüşdən (0:0) sonra Yunanıstan mətbuatına açıqlamasında deyib.

Hakimlikdən və Tofiq Bəhramov adına Respublika Stadionunun öt örtüyündən gileylənən müdafiəçi nəticəni ədalətli hesab etdiyini bildirib:

"İlk 20 dəqiqə bizim üçün yaxşı keçmədi. Amma sonra imkanlarımız oldu.

Belə çətin dövrdən sonra biz yavaş-yavaş ən yaxşısını etməyə çalışırıq. Bugünkü qarşılaşmada daha çox arxadan oynamalı olduq. Bəzi izaholunmaz qərarları olan hakim və belə meydançada məncə, ədalətli nəticə oldu”.