Premyer-liqanın “Everton”a qarşı oyunu Harri Keyn üçün əlamətdar olub.
O, “Tottenhem”in formasında yubiley matçını keçirib. Paytaxt komandası ilə 400-cü dəfə meydana çıxan hücumçu 2:0 hesablı qələbədə penalti ilə vurduğu bir qolla rol oynayıb. Harrinin bu mövsüm ölkə çempionatında 10 oyuna 9 qol vurduğunu da qeyd edək.