“Tottenhem”in hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərar verib.
“Evening Standard” qəzetinin xəbərinə görə, ingilis futbolçu klubu ilə müqaviləni yeniləmək niyyətində olduğunu rəhbərliyə bildirib. Keyn komandanın baş məşqçi Antonio Kontenin rəhbərliyi altında inkişafına heyran qalıb. O, “Tottenhem”in italiyalı mütəxəssislə kuboklar qazanacağına inanır.
Harrinin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi. O, son mövsümdə premyer-liqanın 37 oyununda meydana çıxıb, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.