Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

8.08.2022 11:58 556
Premyer-liqa
Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.

Football-plus.az
xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. Bu, Misli premyer-liqasının 1-ci turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Mahmudov premyer-liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.