“Selta” ilə oyun Kərim Benzema üçün əlamətdar olub.
“Real”ın oyunçusu penalti ilə dubl etməklə komandasının 2:1 hesablı qələbəsində böyük rol oynayıb. Fransalı hücumçu paytaxt komandasının formasında İspaniya çempionatında vurduğu qolların sayını 216-ya çatdırıb. Kərim bununla da “Real”ın əfsanəsi Alfredo Di Stefanonun gösrəricisini təkrarlayıb.
O, indi bu planda yalnız Kriştiano Ronaldo (312) ilə Raul Qonsalesdən (228) geri qalır. Benzemanın bu mövsüm La Liqada 26 oyuna 24 qol vurduğunu da qeyd edək.