Premyer-liqanın yeni rekordçusu oldu

17.03.2022 19:00 557
Dünya futbolu
Premyer-liqada dünən keçirilən “Brayton” ilə matç Harri Keyn üçün əlamətdar olub.

O, “Tottenhem”in səfərdə 2:0 hesabı ilə qalib gəldiyi oyunda sonuncu qolu vurub. 28 yaşlı Harri bununla da premyer-liqanın yeni rekordçusu olub. Belə ki, Keyn bu liqada rəqib meydanlarında qapıya 95-ci dəfə yol taparaq Ueyn Runini (94) arxada qoyub.