"Mançester Yunayted" İngiltərə premyer-liqasının 10-cu turunda səfərdə "Everton"u məğlub edib - 2:1.
"Footbal-plus.az" xəbər verir ki, sözügedən görüşdə fərqlənən Kriştiano Ronaldo klub karyerasında 700-cü qolunu vurub.
Portuqaliyalı hücumçu bu qolların 144-ünü "Mançester Yunayted"də, 450-ni "Real"da, 101-ni "Yuventus"da və 5-ni "Sportinq"də vurub.