Maraqlıdı, Aran təmsilçisinin fanklubu olan “Küdrü Qartalları” portuqaliyalı mütəxəssislə bağlı qərarı ədalətli sayırmı? Komandanın yeni məkanının hara olacağının hələ də bilinməməsini necə qarşılayır?
Bu məqamlara münasibətini öyrənmək üçün “Küdrü Qartalları”nın rəhbəri Əli Əliyevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:
“Küdrü Qartalları” komandanın harda oynayacağından asılı olmayaraq, tribunalarda olacaq. Baş məşqçiylə bağlı məsələyə gəlincə, istəyərdik ki, Kaşkilya qalsın, ona bir mövsüm daha şans verilsin. Ancaq klub belə qərara gəlibsə, yəqin nəsə bildiyi var. Biz bu məsələyə qarışa bilmərik. Görünür, “İmişli” növbəti mövsümə daha yaxşı hazırlaşır. Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağının fərqi yoxdu. Əsas odu ki, klub düzgün idarə edilsin”.
KƏNAN BAHADIR





